SON XƏBƏRLƏR

Türk ordusu İraqın quzeyinə daxil oldu

2021.10.20, 07:36
Türk ordusu İraqın quzeyinə daxil oldu

Gunaz.tv

GünAzTv: Türkiyə silahlı qüvvələrinin Baş Qərargahı Türk qüvvələrinin İraqın şimalına daxil olduğunu bildirib.

Türkiyə ordusu İraqın Şimalında PKK silahlılarına qarşı eyni vaxtda qurudan və havadan əməliyyatlar həyata keçirib.

Türkiyənin silahlı qüvvələrinin baş qərargahının məlumatına görə, təhlükəsizlik qüvvələrinin bölmələri İraqın şimalına təxminən 2 kilometr daxil olaraq döyüş vertolyotlarının köməkliyi ilə separatçılara qarşı əməliyyat keçirib. Əməliyyat nəticəsində azı 4 PKK silahlısı qətlə yetirilib. Bundan başqa Türkiyə hərbi hava donanması 45 dəqiqə ərzində silahlıların Şimali İraqdakı mövqelərinə, onların zenit qurğularının olduğu yerlərə hava zərbələri endirib. Türkiyə komandanlığının bildirdiyinə görə, baş qərargah əməliyyata nəzarət edib və bütün hədəflər vurulub. Qeyd edək ki, PKK ilə münaqişə zamanı indiyədək 40 min nəfər  həlak olub. BMT və Avropa Birliyi PKK-nı terrorçu təşkilatların siyahısına daxil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar