Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Qırğızıstanda özbək-qırğız qırğınının başlamasının səbəbləri qaranlıq qalır, ölənlərin sayı isə itib.
Artıq 100 mindən çox özbək qaçqınının Özbəkistana keçdiyi bildirilir. İki ölkə sərhədində minlərlə insan toplaşıb, onların bir çoxu əzilərək və ya istilərə tab gətirməyərək elə sərhəd məftilləri yanında canlarını tapşırır. Özbəkistan tərəfi qaçqın axını qarşısında sərhədləri bağlayıb və cəmi 3 nəzarət-buraxılış məntəqəsini açıq saxlayıb. Oradan ancaq yaralılar buraxılır. Bu da qaçqınlar arasında narazılığı artırıb. Özbəkistanda hesab edirlər ki, qaçqın axını bu ölkədə onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti ağırlaşdıracaq.
Oş şəhərinin özbəklər yaşayan hissəsinin girişində barrikadalar qurulub və oranı silahlı şəxslər mühafizə edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları və səhiyyə işçiləri şəhərin həmin hissəsinə daxil ola bilmədiyindən nə qədər özbəyin öldürüldüyünü dəqiqləşdirmək mümkün deyil. Bununla belə, öldürülənlərin əksəriyyətinin özbəklər olduğu bildirilir, çünki qırğızlar onlara nisbətən daha yaxşı silahlanıb. Amma təhlükəsizlik qüvvələri tərəfindən qorunmadıqlarını deyən özbəklər də silahlanmağa imkan tapıblar və əllərinə keçən qırğızları öldürürlər. Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva etiraf edib ki, ölənlərin sayı rəsmi rəqəmlərdən qat-qat çox ola bilər. Onun bildirdiyinə görə, öldürülənlərin cəsədlərini elə həmin gün dəfn ediblər. Buna görə də statistika aparmaq mümkün olmayıb: “Müsəlman adətlərinə görə, cəsədlər gün batana qədər dəfn olunub, nə qədər adamın öldüyünü heç kim dəqiq bilmir. Biz bu hadisələrdə ölən bütün günahsız insanların xatirəsi qarşısında baş əyirik”. Otunbayevanın fərmanı ilə dünən bütün Qırğızıstanda milli matəm elan edilib. O, deyib ki, vəziyyət sabitləşəndən sonra Özbəkistana qaçan qaçqınların geri qaytarılması üçün bütün şərtlər təmin olunacaq. Toqquşmaların qurbanları isə deyir ki, vəziyyəti nəzarət altına almaq üçün şəhərə yeridilmiş əsgərlər də özbəklərə atəş açıb. Onlardan birinin dediyinə görə, hərbi maşından əsgər məsciddən çıxan orta yaşlı kişiyə atəş açaraq onu öldürüb və gülməyə başlayıb. Öldürülənlər arasında qadın və uşaqların, habelə qocaların çox olduğu bildirilir. Yerli özbək və qırğız icmalarının nüfuzlu liderlərinin işə qarışmasından sonra Oş və Cəlalabadda vəziyyət nisbətən sakitləşsə də, hər an yeni toqquşmaların başlaması riski var.Müvəqqəti hökumət bildirir ki, etnik toqquşmaları keçmiş prezident Kurmanbek Bakiyevin qardaşları və digər qohumları təşkil edib. Müvəqqəti hökumətin rəhbərinin müavini Almazbek Atambayeva deyib ki, Bakiyevlər bu iş üçün 10 milyon dollar ayırıb. Bu pula adamlar silahlandırılıb, xüsusi hazırlanmış qruplar özbək və qırğızlara hücum edərək etnik qarşıdurmanı alovlandırıblar. Toqquşmaları təşkil etməkdə günahlandırılanlardan biri, Bakiyevin hökumətdə yüksək post tutmuş oğlu Maksimin bazar günü Londonda saxlanıldığı bildirilir. Məlumatlara görə, Maksim Bakiyev Böyük Britaniyaya özəl təyyarə ilə gəlib və aeroportda saxlanılıb. Onun bu ölkədən siyasi sığınacaq istəmək niyyəti var. Böyük Britaniya hökumət rəsmiləri Bakiyevin oğlunun həbsinə dair xəbərlərə reaksiya vermir. Qırğızıstan hökuməti isə onun təslim edilməsini rəsmən Britaniyadan xahiş edib. Hökumət Britaniyaya müraciətində bildirir ki, M.Bakıyev məhkəmə qarşısına çıxarılacaq və onun günahını isbat edən dəlillər var.Xəbərlərə görə, toqquşmaları təşkil edənlərdən biri, Bakiyevin partiyasının üzvü olan Peyzullabek Rəhmanov həbs edilib. Bu, həmin Rəhmanovdur ki, Bakiyevin tərəfdarları Cəlalabadda müvəqqəti hökumətin təmsilçisini qubernator vəzifəsindən uzaqlaşdıraraq onu bir günlüyə qubernator qoymuşdular. Saxlanılan şəxs toqquşmalarda əli olduğunu təsdiq edən ifadələr verib və deyib ki, məqsəd müvəqqəti hökumətin təyin etdiyi seçkiləri pozmaq idi.Etnik toqquşmaların ölkənin şimalındakı Çuy vilayətinə və paytaxt Bişkekə keçməsi təhlükəsi də var. Bu səbəbdən təhlükəsizlik tədbirləri gücləndirilir. Əgər toqquşmalar böyüsə, Qırğızıstan hökuməti onun qarşısını almaqda tam aciz olacaq. Müvəqqəti hökumət Rusiyadan qoşun göndərməyi rəsmən xahiş etsə də hələlik Moskva baş verənləri Qırğızıstanın daxili işi hesab edir və humanitar yardımlarla kifayətlənir. ABŞ (Amerika Birləşmiş Ştatları) da bu qırğın qarşısında baş verənləri müşahidə edir. Bir gün əvvəl Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli bildirib ki, Vaşinqton baş verənlərlə bağlı Moskva ilə məsləhətləşmələr aparır. Krouli deyib ki, ABŞ Qırğızıstanda vəziyyətin nizama salınmasında ancaq beynəlxalq təşkilatlar çərçivəsində iştirak edə bilər. Ona görə də Qırğızıstan hökuməti ATƏT və BMT kimi təşkilatlara müraciət etməlidir. Qərb mətbuatı isə yazır ki, Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Qırğızıstana qoşun göndərməsi qaçılmazdır. Çünki vəziyyət hər an nəzarətdən çıxa bilər. Qərb ekspertlərinə görə, Rusiya nümayiş etdirmək istəyir ki, beynəlxalq normalara əməl edir. Ona görə də qoşunları KTMT çərçivəsində göndərmək planlaşdırılır.Nüfuzlu “Newsweek” jurnalı isə Rusiyanın baş verənlərə reaksiyasını “xeyli gözlənilməz” sayır. Kreml Bakiyevin devrilməsində maraqlı görünürdü və müvəqqəti hökuməti dəstəkləmişdi. Ona görə də etnik toqquşmaları dayandırmaq üçün qoşun göndərməsi gözlənilən idi. Lakin bunun əvəzində Kreml baş verənlərə müdaxilə etmək istəmədi. Jurnal yazır ki, Rusiya Qırğızıstanda vəziyyətin tezliklə stabilləşməsində maraqlı görünmür: “Kremldə hesab edirlər ki, Qırğızıstan nə qədər çox yansa, müvəqqəti hökumət o qədər sözəbaxan olacaq”.Qırğızıstanda hərbi iştirak məsələsinə görə Rusiya ilə ABŞ arasında hansı rəqabətin getdiyi məlumdur. Belə görünür ki, ABŞda müvəqqəti hökumətə hərbi kömək göstərmək istəmir. Bunun üçün Bişkek Rusiyadan üz döndərib ABŞ-a sadiq olduğunu nümayiş etdirməlidir. Ona görə də Qırğızıstanın cənubunda baş verən hadisələrdə bu kasıb Orta Asiya respublikasına nəzarət uğrunda mübarizə aparan dünya güclərinin rolu haqda danışmaq sensasiya sayılmır.Belə vəziyyətdə türk dünyasının ümid yeri sayılan Türkiyənin mövqeyi də nəzərdən keçirilməlidir. Xüsusən elə bir vaxtda ki, baş nazir Ərdoğan türk-ərəb qardaşlığı şüarları ilə çıxış edir və Qəzzaya görə Türkiyənin uzun müddət strateji tərəfdaşlıq etdiyi İsraillə müharibə vəziyyətinə qədər gəlib çıxıb. Qəzzada ölənlərin dəqiq statistikasını aparan Ərdoğan bu günədək Orta Asiyada yaşanmaqda olan türk faciəsinə reaksiya verməyib və oradakı qırğını dayandırmaq üçün Türkiyənin rolundan istifadə etməyib. Baxmayaraq ki, məhz Türkiyənin bu duruma müdaxilə etmək üçün təbii haqqı var: ölənlər də, öldürülənlər də türk soyludur.Hökumətin Qırğızıstanda yaşananlara reaksiya verməməsi MHP lideri Dövlət Baxçalı tərəfindən tənqid edilib. Baxçalı bir gün əvvəl parlamentdə çıxışı zamanı deyib ki, eyni soykökə malik iki millət arasında düşmənçilik toxumunu səpənlər xarici qüvvələrdir. O, baş verənlərə görə ABŞ və Rusiyanı günahlandırıb: “Yardıma möhtac olanlar təkcə Qəzza müsəlmanları deyil. Türk dünyasındakı qardaşlarımız da imdad diləyir. Hökumət Qırğızıstana dərhal yardım əlini uzatmalıdır. Prezident Abdulla Gül Cənubi Koreyaya səfərini yarımçıq kəsərək qayıtmalı və Azərbaycan, Türkmənistan, digər türk cümhuriyyətlərinin prezidentləri ilə məsələni təcili müzakirə etməlidir”.A.Gül isə Koreyada jurnalistlərlə söhbətində deyib ki, Qırğızıstanda baş verənlərə görə müxalifət liderlərinin narahatlıq keçirməsi yaxşıdır və hökumətin mövqeyini gücləndirir. Lakin Türkiyə prezidenti Cənubi Koreyada dəfn edilən türk əsgərlərinin məzarlarını ziyarət etmədən geri dönməyin də yaxşı olmayacağını bildirib. O, istisna etməyib ki, qayıdanda məsələni türk cümhuriyyətlərinin prezidentləri ilə müzakirə edəcək.Hələlik Türkiyə Qırğızıstanın cənubundan öz vətəndaşlarını evakuasiya etməklə məşğuldur. 200-ə yaxın türk artıq köçürülüb. Digər məlumata görə, toqquşmalarla əlaqədar 13 azərbaycanlı tələbə səlalabaddan evakuasiya olunub. Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarovun ANS-ə verdiyi məlumata görə, azərbaycanlı tələbələr Türkiyənin iştirakı ilə Bişkekə köçürülüblər. Evakuasiya olunan 13 nəfərdən 3-ü Azərbaycan, digərləri isə Gürcüstan vətəndaşıdır. Hazırda onların Bakıya gətirilməsi müzakirə olunur, lazımi sənədlər hazırlanır.Son məlumata görə, ABŞ Qırğızıstana qoşun yeritməyə hazırdır, ancaq bunu Rusiya ilə birgə həyata keçirmək istəyir. Bunu CNN telekanalına yüksək rütbəli amerikalı rəsmi bildirib. Mənbə deyib ki, ən ideal variant Rusiya və digər ölkələrin iştirakı ilə vəziyyətə müdaxilə etməkdir: “ABŞ Rusiya və digər ölkələr kimi bunu təkbaşına etmək istəmir. Mən hesab etmirəm ki, Rusiya Qırğızıstana qoşun yeridəcək. Ancaq beynəlxalq ictimaiyyətin birgə səyi ilə situasiyanı dəyişmək mümkündür”. musavat
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu