SON XƏBƏRLƏR

Prezident Nazarbayev "Ümummilli Lider" oldu

2021.10.20, 07:36
Prezident Nazarbayev "Ümummilli Lider" oldu

Gunaz.tv

GünAzTv: Bundan sonra o, həbs edilə, saxlanıla və yoxlanıla, həmçinin cinayət və inzibati məsuliyyətə cəlb oluna bilməz.

Dünən Qazaxıstanda ölkənin birinci prezidenti Nursultan Nazarbayevə Ümummilli Lider statusunun verilməsi haqqında qanun qüvvəyə minib.

GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Prezidentin rəsmən etiraz etməsinə baxmayaraq, parlamentin hər iki palatasının sədri və baş nazir tərəfindən imzalanan qanun rəsmi mediada dərc olunub. Yeni qanun Ümummilli Lider kimi N.Nazarbayevə toxunulmazlıq statusu verir. O, həbs edilə, saxlanıla və yoxlanıla, həmçinin cinayət və inzibati məsuliyyətə cəlb oluna bilməz.Qeyd edək ki, parlament bu təşəbbüslə mayın ortalarında çıxış edib. Nursultan Nazarbayev özü bu təşəbbüsə qarşı çıxaraq sənədi imzalamayıb. O bildirib ki, prezidentin ləyaqət və şərəfini qorumaq, onun toxunulmazlığına zəmanət verilməsi ilə bağlı məsələlər Konstitusiyada və digər qanunlarda əksini tapıb.İndiyədək N.Nazarbayev Əmək Qəhrəmanı adından və deputatların paytaxt Astananın Nursultan adlandırılması təklifindən imtina edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar