SON XƏBƏRLƏR

İran BMT-yə etiraz məktubu gəndərəcək

2021.10.20, 07:36
İran BMT-yə etiraz məktubu gəndərəcək

Gunaz.tv

GünAzTv: İranın Xarici Işlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst rəsmi Tehrana qarşı ağırlaşdırılmış yeni sanksiyalara səs verən BMT TŞ-nin üzvlərinin hər birinə etiraz məktubu göndəriləcəyini bildirib.

Onun sözlərinə görə, xarici işlər naziri Mənuçehr Mottəkinin göndərəcəyi sənəddə embarqolar qərarına rəsmi Tehranın etiraz səbəbləri qeyd olunacaq.

Sanksiyaların qəbul olunmasının məntiq və hüquqdan kənar addım olduğunu söyləyən Ramin Mehmanpərəstin açıqlamasına görə, İranın embarqolar qarşısında atacağı addımlar TŞ-yə üzv ölkələrin nəzərinə çatdırılacaq.

Xarici işlər nazirliyinin mətbuat katibi bütün bunlara baxmayaraq İranın nüvə fəaliyyətindən vaz keçməyəcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar