SON XƏBƏRLƏR

İranda Təqib və həbs olunan milli fəalların sayı minlərlədir

2021.10.20, 07:36
İranda Təqib və həbs olunan milli fəalların sayı minlərlədir

Gunaz.tv

GünAzTv: İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur deyir ki, İranda Azərbaycan türklərinin sivil savaşı gedir. Bu savaş elə bir mərhələyə çatıb ki, hökumətin bunun qarşısını almaq cəhdləri boşa çıxır.

 

 «İrandakı azərbaycanlılar neçə illərdir ki, öz istəklərini ortaya qoyurlar. Baxmayaraq ki, azərbaycanlı fəallar qanun çərçivəsindən çıxmırlar, mədəni səviyyədə öz milli və insani haqlarını istəyirlər, İran hakimiyyəti bu istəklərə sərt yanaşır, fəalları həbs etdirir». Həkkəkpur deyir ki, bu ölkədə milli istəklərə görə təqiblərə məruz qalanların və həbsə atılanların sayı minlərlədir. İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə ana dilində təhsil hüququ tanıyır. Lakin sayı 20-35 milyon arası olduğu ehtimal edilən azərbaycanlıların ana dilində məktəbləri yoxdur. İran rəsmiləri bu ölkədə azərbaycanlıların hüquqlarının pozulmadığını iddia edirlər. Yaşar Həkkəkpurun dediyinə görə, iyunun 14-də Təbriz Universitetinin tələbəsi, milli fəal Nəim Əhmadi Xiyavi də həbs olunub. Ailə üzvləri onun nəyə görə həbs olunmasından və harada saxlanmasından xəbərsizdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar