SON XƏBƏRLƏR

Mahmud Fəzlinin həyat yoldaşı Fatimə Fəzli: Mahmud bəy Ara-sıra jurnallarda milli istəklərlə bağlı yazılarına görə həbs edilib

2021.10.20, 07:36
Mahmud Fəzlinin həyat yoldaşı Fatimə Fəzli: Mahmud bəy Ara-sıra jurnallarda milli istəklərlə bağlı yazılarına görə həbs edilib

Gunaz.tv

GünAzTv: «Küçədə tutmuşdular, öz maşınına mindirmişdilər, gətirmişdilər qapıya. Evi axtardılar, Mahmud bəyin kitablarını, telefonunu, sənədlərini götürüb getdilər. Mahmud bəyi də özləri ilə apardılar». Bunu deyən jurnalist Heydər Kərimi ilə eyni gündə həbs olunan 40 yaşlı Mahmud Fəzlinin həyat yoldaşı Fatimə Fəzlidir.

Fatimə xanım “Azadlıq radiosu”-na deyib ki, əvvəllər Təbrizdə son vaxtlar isə Tehranda yaşayıblar. Əvvəllər də bir neçə dəfə həbs olunan əri mühəndis işləyirmiş. Ara-sıra jurnallarda milli istəklərlə bağlı yazılarla çıxış edirmiş: «Mahmud bəyin ana dilinə görə, milli məsələlərə görə fikirləri çox aydın idi, buna görə fəaliyyətdə idi. Ancaq son bir ildə elə də güclü fəaliyyət göstərmirdi. Mən də milliyyətçilik məsələsində Mahmud bəylə həmfikirəm». Fatimə xanımın sözlərinə görə, ailəyə bildirilib ki, Mahmud Fəzli ETTELAAT-ın Təbriz şöbəsində saxlanılır. Lakin ona konkret hansı ittihamların irəli sürülməsindən ailə xəbərsizdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar