SON XƏBƏRLƏR

Hazırda həbsdə saxlanılan milli fəal Heydər Kəriminin qardaşı, onun durumundan danışıb

2021.10.20, 07:36
Hazırda həbsdə saxlanılan milli fəal Heydər Kəriminin qardaşı, onun durumundan danışıb

Gunaz.tv

GünAzTv: «Heydər bəy şəxsi işləri ilə əlaqədar evdən çıxmışdı, məmurlarla qayıtdı. Məmurların əlində həm həbs, həm də axtarış hökmü var idi. Heydər bəyi apardılar, haraya və niyə apardılar, xəbərimiz yoxdur. Üstündən bir həftə keçir, nədə ittiham olunmasından da xəbərimiz yoxdur, vəziyyətindən də». Bunu, İranda Azərbaycan dili və milli kimliyi uğrunda mübarizə aparan və iyunun 8-də İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin əməkdaşları tərəfindən həbs olunan milli fəal, jurnalist, İranın Xoy şəhərində yaşayan 29 yaşlı Heydər Kəriminin qardaşı Mehrdad Kərimi “Azadlıq radiosu”-na deyir. Heydər Kərimi Həmədan şəhərində farsca-türkcə nəşr olunan «Sina» qəzeti ilə əməkdaşlıq edirmiş. Qəzet iki ay əvvəl azərbaycanlıların milli haqlarından yazdığına görə qapadılıb. Hökumət hesab edib ki, qəzet İranda etniklərarası ixtilaf yaradır. Bundan əvvəlsə Heydər Kərimi farsca və türkcə nəşr olunan «İldırım» qəzetində də yazırmış. Həmin qəzet 7 il əvvəl eyni səbəbdən hökumət tərəfindən qapadılıb. Mehrdad Kərimi deyir ki, qardaşı «Sina» qəzetində milli haqlarla bağlı dərc olunan çoxsaylı məqalələrin müəllifi olub: «Ana dili ilə bağlı həm çıxışları olurdu, həm də yazıları. O biri milli fəallar kimi aksiyalarda da iştirak edirdi». Mehrdad Kərimi deyir ki, ordan-burdan eşidib ki, indi qardaşını ETTELAAT-ın Təbriz şöbəsində saxlayırlar. Ancaq ailəyə bu barədə rəsmən bildirilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar