Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Politoloq Eldar Namazovun Milli.Az xəbər portalına müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.
- Eldar müəllim, İsrail hərbi qüvvələrinin Türkiyədən Qəzzaya humanitar yardım aparan gəmiyə basqını nəticəsində iki dövlət arasında siyasi gərginlik alovlandı. Bu gərginliyin çözülməsi istiqamətində atılan addımlar nədən xəbər verir? Bu gün münasibətlərin normallaşmasında hər hansı irəliləyiş hiss olunurmu?
- Birinci növbədə İsrail-Türkiyə arasında yaranan siyasi gərginliyin nədən başladığı araşdırılmalıdır. Türkiyə ilə İsrail 10 illərdir ki, bir-biri ilə çox yaxın strateji müttəfiq olub və Yaxın Şərqdə bir çox məsələlərlə bağlı demək olar ki, vahid bir mövqedən çıxış edirdilər.«ABŞ-ın planları Türkiyə üçün gözlənilməz oldu»Türkiyə-İsrail münasibətlərində ilk gərginlik İraq əməliyyatı zamanı baş verdi. O zaman məlum oldu ki, ABŞ-ın planlarında faktiki olaraq müstəqil kürd dövlətinin yaradılması durur və ABŞ-ın bu planları Türkiyə üçün çox gözlənilməz oldu. Türkiyə bu planları özü üçün çox böyük təhlükə hesab elədi. İkinci vacib məqam ondan ibarətdir ki, yeni yaradılacaq kürd dövlətinin hərbi strukturlarını İsrail hazırlayırdı. Və polis, xüsusi təyinatlı dəstələr, ordu üçün təlimlər keçirirdi ki, bu da Türkiyə üçün çox gözlənilməz idi. Ona görə ki, həm ABŞ, həm də İsrail çox gözəl başa düşürdülər ki, Türkiyənin ərazisində kürd separatçıları 10 illərdir silahlı mübarizə aparır, Türkiyənin əskərlərinə hücum edirlər. Bu da Türkiyə üçün çox ciddi problemdir. Belə olan halda Türkiyə İsrailin planlarından çox məyus oldu və bu ölkələrlə gərgin münasibətlər yarandı. Ona görə də Türkiyə İraqa qarşı müharibədə iştirak etmədi. Türkiyə öz ərazisindən ABŞ qoşunlarının keçməsinə razılıq vermədi. Bu üzdən İraq ərazisində ABŞ və Türkiyə hərbçiləri arasında hərbi toqquşma baş verdi. Türkiyə çalışırdı ki, həmin bölgələri nəzarət altına götürsün ki, ordan Türkiyəyə qarşı hər hansı təhlükə olmasın. Həmin o dövrdən bəri həm Türkiyə-ABŞ münasibətlərində, həm Türkiyə-İsrail münasibətlərində gərginlik yaranmağa başladı. Təbii ki, buna cavab olaraq Türkiyə də daha fəal surətdə fələstinliləri müdafiə etməyə başladı. Bu, İsrailə təzyiqin bir formasıdır ki, israil Türkyəni narahat edən məsələlərdə əgər geriyə doğru bir mövqe nümayiş etdirsə, Türkiyə də ona cavab olaraq israili narahat edən məsəllərdə artıq başqa mövqedən çıxış edə bilər. Ona görə də biz anlamalıyıq ki, Davosda İsrailin baş naziri ilə Türkiyənin baş naziri arasında olan söz davası və son humanitar yardım əməliyyatı məsələlərinin kökündə daha dərin məqamlar durur və faktiki olaraq Türkiyə öz milli maraqlarını müdafiə etmək üçün tədbirlər görməyə məcburdur.«Birinci dəfə idi ki, İsrail belə bir əmələ əl atırdı»- İsrail iddia edildiyi kimi Yaxın Şərqdə fəal siyasət yürüdən Türkiyənin gözünü qorxuda bildimi?- İsrailin əsas məqsədi Türkiyəni qorxutmaq deyildi. Əksinə, mən əminəm ki, İsrail özü də gözləmirdi ki, həmin gəmilərdə belə bir müqavimətlə qarşılaşa bilər. Mən düşünürəm ki, bu, İsrailin planlarına daxil deyildi. Ona görə ki, Türkiyə vətəndaşlarına qarşı silah işlətmək İsrail rəhbərliyi üçün çox ağır addım olardı. Ona görə də bu gün söhbət baş verən məsələlərin araşdırılmasından gedir. İsrail məsələni özü araşdırıb tədbir görəcəyini deyir, ancaq Türkiyə təklif edir ki, beynəlxalq komissiya bunu araşdırsın. Ona görə də mən güman etmirəm ki, belə bir qəddarlıq əvvəldən planlaşdırılıb. İsrail dəfələrlə Qəzzaya yönələn gəmiləri saxlayıb, yoxlayıb. Amma birinci dəfə idi ki, İsrail belə bir əmələ əl atırdı.- Hadisə ilə bağlı aparılan beynəlxalq müzakirələr müstəvisində Rusiya, Fransa və ABŞ-ın möqeyində hər hansı dəyişilmələrin hiss olunduğu müşahidə olunurmu?- Bu məsələ daha çox ABŞ, Türkiyə, İsrail üçbucağında həllini tapacaq. Və ABŞ da, İsrail də Türkiyənin milli maraqlarını nəzərə almağa məcbur olacaqlar. Türkiyənin milli maraqlarına qarşı susmaq və türkiyənin xahişlərini nəzərə almamaqla Yaxın Şərq bölgəsində heç bir dövlət hansısa böyük layihələr həyata keçirə bilməz. Sadəcə olaraq, güman edirəm müəyyən bir vaxt lazımdır ki, Türkiyə, İsrail və ABŞ bir masa arxasında oturub sonuncu əməkdaşlıq prinsiplərini yenidən bərqərar etsinlər. Bütün faktlar onu sübut edir ki, ABŞ heç bir halda Türkiyəni bir müttəfiq kimi itirmək fikrində deyil və çalışacaq ki, bu münasibətlər yüksək səviyyədə qalsın.«Azərbaycan bütün üsullardan istifadə edə bilər»- Bu gün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində aparılan danışıqlar davam edir. Danışıqlar prosesində Azərbaycanın müharibədən imtinaya təhrik edilməsinin arxasında hansı maraqlar dayanır və bu, bizə nə vəd edə bilər?
- Bu günə qədər beynəlxalq təşkilatlar tərəfindən münaqişənin həlli ilə bağlı bir sıra tələblər irəli sürülüb. Azərbaycanın Avropa Şurasına qəbul olunması zamanı götürdyü öhdəliklərin arasında da Qarabağ probleminin sülh yolu ilə həlli məsələsi var. Həmin sənədə həm Azərbaycan hakimiyyətinin, həm də müxtəlif aparıcı partiyaların imza atması tələb olunurdu. Minsk qrupu çərçivəsində də problemin sülh yolu ilə həllinə çalışmaq öhdəliyi mövcuddur. Ancaq Azərbaycan bunun bir öhdəlik kimi Madrid prinsiplərinə yaxın olmasına razılıq verməyib. Orda təhlükəsizliyin təminatı prinsipi var. Yəni Dağlıq Qarabağda Azərbaycanın suverenliyi bərpa olunacaqsa, sülh yolu ilə torpaqlar qaytarılacaqsa, biz də qarşı tərəfə təhlükəsizlik təminatları verilməsini məqbul sayırıq. Burda həm Azərbaycanın təminatı, həm də beynəlxalq təminatlar ola bilər. Bu təhlükəsizlik təminatları yalnız o zaman mümkündür ki, Azərbaycanın ərazi bütövlüyü sülh yolu ilə bərpa olunsun. Ancaq heç kəs torpaqlar işğal altında qala-qala könüllü şəkildə müharibədən imtina ilə bağlı təminat götürə bilməz. Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsində xüsusi bir bənd var. Orda deyilir ki, hər bir dövlət öz ərazi bütövlüyünün qorunması üçün silahlı qüvvələrdən istifadə edə bilər. Əgər BMT-nin nizamnaməsində bu öz əksini tapıbsa və bütün ölkələr bu hüquqdan imtina etmirsə, Azərbaycan nəyə görə imtina etməlidir? Danşıqların predmetində müharibədən imtina təklifi haqqında dəqiq informasiya yoxdur. Orda belə bir təklif var ki, Dağlıq Qarabağın təhlükəsizliyinə müəyyən bir təminat verilsin. Biz həmin o təhlükəsizliyə təminatların verilməsini qəbul edirik. O şərtlə ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalsın və onun təhlükəsizliyi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilsin. Bu, Azərbaycanın maraqlarına zidd deyil. Yox, problem sülh yolu ilə həll olunmursa, onda Azərbaycan BMT-nin nizamnaməsinə uyğun olaraq, bütün üsullardan istifadə edə bilər.- Azərbaycanın belə bir «imtina» öhdəliyi götürməsi münaqişənin həllində hansı rol oynaya bilər və bu, tərəflərdən daha çox kimə sərf edər?- Belə bir öhdəlik birtərəfli ola bilməz. Bu öhdəlik nəzəri cəhətdən belə ola bilər: Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalır, Ermənistan Azərbaycana olan ərazi iddialarından əl çəkir və bunu sənəddə rəsmiləşdirir. Bunun əvəzində Azərbaycan da güc tətbiq etməyəcəyi barədə öhdəlik götürür. Belə olan təqdirdə bir balans yaranır. Təhlükə aradan qaldırılır və silahlı qüvvələrdən istifadəyə ehtiyac qalmır. Güc tətbiq etmək hüququndan o vaxt istifadə edə bilərik ki, bizə qarşı təhlükə mövcuddur. Həmin təhlükəni aradan qaldıran bir razılaşma olacaqsa və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqsa, təhlükəsizlik təminatlarının verilməsini məqbul sayırıq.«Yerevan «hə» demir, «yox» sözündən də qorxur»- Son vaxtlar bir sıra beynəlxalq təşkilatların nümayəndələri «bölgədə münaqişələr» mövzusunu ortaya ataraq paralel şəkildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif mülahizələr səsləndirir və Madrid sənədi müzakirə olunur. Sizcə bu sənədin qəbulu münaqişənin həlli ilə bağlı hansı tövhəni verə bilər?- Azərbaycan tərəfindən Madrid prinsiplərinin yeniləşmiş variantına razılıq verilib. Bu o deməkdir ki, həmin prinsiplər Azərbaycanı qane edir. Hər halda, bizim hakimiyyətin verdiyi qiymət ondan ibarətdir ki, Madrid prinsipləri Azərbaycanın maraqlarına cavab verir. Bir aydan çox vaxt keçməsinə baxmayaraq, Ermənistən nə "hə", nə də "yox" cavabını vermir. Onlar bir tərəfdən Madrid prinsiplərinə razılıq vermək istəmirlər, digər tərəfdən rəsmi şəkildə «yox» deməkdən çəkinirlər. Çünki Yerevan Madrid prinsiplərinə «yox» deyəndən sonra artıq danışıqlar qeyri-mümkün olur və müharibə təhlükəsi artır. Ona görə də rəsmi Yerevan «hə» demir, «yox» sözündən də qorxur. Hələlik vəziyyət bu yerdədir və Azərbaycan çalışır ki, Minsk qrupunun həmsədrləri, dünyanın aparıcı təşkilatları bu məsələdə ermənilərə təziyiq göstərib, onları məcbur eləsinlər ki, həmin prisniplərlə razılaşsınlar.- Ermənistan bu dəfə kimin oyununu oynayır?- Ermənistanın da özünün müəyyən problemləri var. Ona görə ki, erməni siyasətçiləri Minsk qrupu çərçivəsində aparılan danışıqların təbliğatını başqa cür aparırdılar. İndi bəlli olur ki, Minsk qrupunun sənədlərində Dağlıq Qarabağda işğal olunmuş ərazilərin hamısının azad edilməsi durur. Bu isə uzun müddətdən bəri Ermənistan ictimaiyətində formalaşan fikrə çox ziddir. Ermənistan rəsmiləri bütün detalları açıb Ermənistan cəmyyətinə təqdim etməyə çəkinirlər. Hesab edirəm ki, Ermənistanın mövqeyinə böyük təsirlər Rusiya tərəfindən gəlir. Rusiyanın münaqişənin həllində özünün maraqları var. Rusiyanı ilk növbədə bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi və orada rus əsgərlərinin iştirakı məsələsi narahat edir. Hələ ki, bu məsələ öz həllini tapmayıb. Bununla bağlı Rusiya üçün hansısa bir irəliləyişin olması gözlənilmir. Ona görə də Yerevan hələlik öz mövqeyni açıq bildirmir.- Eldar müəllim, bir qədər əvvəl Rusiyanın bölgədə mövqeyinin zəiflədiyi qeyd olunurdusa, indi sanki bir sıra dövlətlər artıq onunla hesablaşmağa başlayıblar. Ukraynanın NATO-ya daxil olmaqdan imtinası və Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına önəm verməsi nəyi ifadə edir?- Rusiyanın özü ABŞ-la çox sıx əməkdaşlıq edir. Artıq bu məsələlərdə Rusiyanın möqeyində dəyişikliklər baş verir. İrana qarşı sanksiyalar məsələsində artıq Rusiya ABŞ-a dəstək verdi. Ona görə də mən deyə bilmərəm ki, Rusiyanın bölgədə mövqeyi möhkəmlənib.Tahirə QafarlıMilli.Az
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu