SON XƏBƏRLƏR

Qırğızıstanda milli matəm elan olunub

2021.10.20, 07:36
Qırğızıstanda milli matəm elan olunub

Gunaz.tv

GünAzTv: Qırğızıstanda üç günlük milli matəm elan olunub. Ölkə cənub bölgələrində baş vermiş etnik toqquşmalarda ölənlərə yas saxlayır.

Müvəqqəti hökümət ölkənin cənubunda baş vermiş etnik qaşıdurmayla bağlı bu qərarı verib. Rəsmi məlumatlara görə münaqişədə ölənlərin sayı artıq 180-ə çatıb. 1800-ə qədər insan isə müxtəlif dərəcəli xəsarət alıb. Hazırda qarşıdurmanın mərkəzi olan Oş və Cəlalabad şəhərlərində vəziyyətin sabit olduğu bildirilir. Etnik münaqişənin qızışdırılmasında keçmiş prezident Kurmanbek Bakiyevi ittiham edən rəsmi Bişkek Belarusdan onun ekstardisiyasını tələb edib. Lakin rəsmi Minsk növbəti dəfə imtina edib. Oş və Cəlalabadda baş verənlərə münasibət bildirən Bakiyev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını problemin həllinə hərbi müdaxilə etməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar