SON XƏBƏRLƏR

Rus mediyası: "Rusiya yaxın gələcəkdə Dağlıq Qarabağa qoşunlarını yerləşdirəcək"

2021.10.20, 07:36
Rus mediyası: "Rusiya yaxın gələcəkdə Dağlıq Qarabağa qoşunlarını yerləşdirəcək"

Gunaz.tv

GünAzTv: Yaxın vaxtlarda Rusiya qoşunlarının Dağlıq Qarabağa yerləşdirilməsi gözlənilir. Bu haqda Rusiyanın «Versiya» qəzeti məlumat yayıb. «Hərbçilərin missiyası regionda sülhün qorunması olacaq», - deyə xəbərdə bildirilir. Qəzetin yazdığına görə, bu haqda məlumat Rusiya Müdafiə Nazirliyindəki mənbədən alınıb: «Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin bu il Moskvaya etdiyi 2 səfər zamanı da məhz bu məsələnin detalları müzakirə olunub».Qəzet iddia edir ki, məlumatı azərbaycanlı deputatlar da təsdiqləyib: «Azərbaycan parlamentarilərinin sözlərinə görə, bu günlərdə ölkənin hərbi doktrinasının qəbulu da Dağlıq Qarabağa Rusiya qoşunlarının yerləşdirilməsi planının tərkib hissəsidir. Deputatlar ilk hərbçilərin Qarabağa artıq bu ilin avqustunda yerləşdiriləcəyini bildirir».Qəzet sonda bildirir ki, Rusiya Müdafiə Nazirliyi məlumatı rəsmən təsdiqləməsə də, təkzib də etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar