SON XƏBƏRLƏR

ŞOK iddia: Mahmud Abbas Amerikadan Qəzzanın blokadada qalmasını istəyib

2021.10.20, 07:36
ŞOK iddia: Mahmud Abbas Amerikadan Qəzzanın blokadada qalmasını istəyib

Gunaz.tv

GünAzTv: Fələstin rəhbəri Mahmud Abbasın ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamaya Qəzza bölgəsinə tətbiq edilən blokadaya tərəfdar olduğunu deyib. Bu iddia ilə İsrailin “Haaretz” qəzeti çıxış edib. Qəzeti iddia edib ki, Mahmud Abbas bu sözləri ötən həftənin çərşənbə axşamı Barak Obama ilə Ağ evdə görüşü zamanı deyib. Qəzetin avropalı diplomatlara istinadən yaydığı xəbərdə bildirilir ki, M.Abbas Qəzzaya sərhəd keçidlərinin açılmasının və blokadanın yüngülləşdirilməsinin tərəfdarıdır, ancaq o, bunun “Həmas”ı gücləndirməyəcək yollarla həyata keçirlməsini istəyir. Xəbərdə o da vurğulanır ki, görüşdə Abbasın üzərində dayandığı ən əsas məqam İsrailin bölgəyə dənizdən tətbiq etdiyi blokadanın hələ də davam etməsinin vacibliyi olub. Avropalı diplomat həmçinin deyib ki, Misir də ABŞ və Avropa Birliyi ölkələrinin Qəzza limanına gedib-gələn gəmiləri yoxlamaqda çətinlik çəkdiyinə görə, dəniz blokadasının saxlanılmasının tərəfdarı olduğunu açıq şəkildə deyib.Qəzzadakı Blokadaya Qarşı Xalq Komitəsinin rəhbəri və müstəqil millət vəkili Cəmal əl-Hudarinin isə Qəzza limanının avropalıların nəzarətində fəaliyyət göstərməsini nəzərdə tutan bir plan hazırladığı bildirilir. Plana görə, Rəmallahdakı Fələstin rəhbərliyi ilə Yunanıstan arasında müqavilənin bağlanması nəzərdə tutulur. Bu müqavilədə göstərilməlidir ki, Qəzzaya göndərilən yardım və ticarət malları bir Yunanıstan limanında gəmilərə yüklənsin və öncə gəmilər avropalılar tərəfindən yoxlanılsın. Cəmal əl-Hudarinin haqqında danışılan planı Fələstin lideri Mahmud Abbasa və Qəzzada fəaliyyətdə olan hökumətin baş naziri İsmail Haniyəyə göndərdiyi bildirilir. Qeyd edək ki, Abbasın bu mövqeyi bölgədə “Həmas”ın güclənməsindən ehtiyatlanma kimi də izah edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar