SON XƏBƏRLƏR

İran Qəzzaya 2 gəmi göndərir; gəmilərdə SEPAH əsgərləri də var

2021.10.20, 07:36
İran Qəzzaya 2 gəmi göndərir; gəmilərdə SEPAH əsgərləri də var

Gunaz.tv

GünAzTv: Türkiyə ilə İsrail arasına yaranan “gəmi böhranı” aradan qalxmamış İran Qəzzaya 2 yardım gəmisi göndərdi. Ərzaq, oyuncaq və tikinti materialları ilə dolu gəmilərdən biri artıq iyunun 13-də yola çıxıb və həftə sonu Qəzza sahillərinə çatmalıdır. İkinci gəmi isə cümə günü yola düşəcək.GünAzTv mətbuat mərkəzinin “Azadlıq” qəzetinə istinadən yaydığı məlumata görə, Türkiyə mediası yazır ki, bəzi məlumatlara görə, gəmilərdə İnqilabı Keşikçiləri Korpusu (SEPAH) əsgərləri də var. Bu isə İranın İsrailə qarşı müharibə hədəsi kimi qiymətləndirilir.İranın Qəzzaya gəmilər göndərməsinə İsrail artıq sərt reaksiya verib. Təl-Əvivdən bəyan ediblər ki, gəmilər onların icazəsi olmadan Qəzzaya yaxınlaşa bilməz, əks təqdirdə gəmilər durdurulacaq və bunun üçün lazım gəlsə hərbi gücdən də istifadə olunacaq.Gəmilərin Qəzzaya göndərilməsini təşkil edən “Fələstin xalqının müdafiəsi üçün birlik” İran ictimai təşkilatı isə bəyan edib ki, Qəzzanın blokadası aradan qaldırılmayınca belə yardım kampaniyaları davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar