SON XƏBƏRLƏR

Avropa Birliyi Ölkələri İrana qarşı birgə bəyanatla çıxış ediblər

2021.10.20, 07:36
Avropa Birliyi Ölkələri İrana qarşı birgə bəyanatla çıxış ediblər

Gunaz.tv

GünAzTv: Avropa Birliyi İranın hansı sahələrinə sanskiya qoyulduğunu dəqiqləşdirdi. 

 

Avropa Birliyinə daxil olan ölkələrin Xarici İşlər nazirləri iyunun 14-də verdikləri birgə bəyanatda qeyd edirlər ki, BMT-nin İrana qarşı yeni sanksiyasını müdafiə edirlər. Nazirlər İranla ticarətə, bank və sığorta sisteminə, İranın hava və dəniz daşınmaları da daxil olmaqla nəqliyyat sektoruna sanksiyaların tətbiq edilməsini razılaşdırıblar.GünAzTv mətbuat mərkəzinin “Azadlıq radiosu”-na istinadən yaydığı məlumata görə, Razılaşma İranın neft və qaz sənayesinə investisiya qoyulmasını, bu sahəyə texnologiyalar və avadanlıq satılmasını da qadağan edir. Tehranın mübahisəli nüvə proqramına görə BMT Təhülkəsizlik Şurası keçən həftə İrana qarşı sayca dördüncü sanksiyasını qəbul edib. ABŞ (Amerika Birləşmiş Ştatları) və Qərb narahatdır ki, Tehran bu proqramı ilə nüavə silahı yaratmağa çalışır, İran isə yalnız dinc məqsədlərlə istifadə edilmək üçün nüvə yanacağı almağa çalışdığını bildirir.İyunun 14-də Avropa Birliyinin Xarici Siyasət üzrə komissarı Katerine Aşton da İranın nüvə danışıqlarındakı nümayəndəsi Səid Cəliliyə məktub göndərərk onu müzakirələri davam etdirməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar