SON XƏBƏRLƏR

BMT Qırğızıstana yardım etməyə hazırlaşır

2021.10.20, 07:36
BMT Qırğızıstana yardım etməyə hazırlaşır

Gunaz.tv

GünAzTv: BMT təcili olaraq Qırğızıstanın cənubuna humanitar yardım çatdırmaq üçün dəhliz yaratmağa çağırır və bu həftə zərərçəkmişlər üçün təcili vəsait toplanışını elan etməyə hazırlaşır. Bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Linn Peskou təşkilatın Qırğızıstandakı vəziyyətə dair təcili qapalı məsləhətləşmələrində bəyan edib.

GünAzTv mətbuat mərkəzinin “Musavat”-a istinadən yaydığı məlumata görə, BMT Təhlükəsizlik Şurası Qırğızıstanın cənubundakı zorakılığı pisləyərək qarşıdurmanı dayandırmağa və zərərçəkmiş dinc vətəndaşlara humanitar yardımın çatdırılmasını təmin etməyə çağırıb. Bu barədə TŞ-nın sədri, Meksikanın BMT yanında daimi nümayəndəsi Klaudio Eller məlumat verib.

Qeyd edək ki, Qırğızıstanın Cəlalabad və Oş vilayətlərindəki hadisələr zamanı ölənlərin sayı 138 nəfərə çatıb. Qırğızıstan Səhiyyə nazirliyinin məlumatına görə, tibbi yardım üçün 1761 nəfər müraciət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar