SON XƏBƏRLƏR

İran rejimi yeni həbslər dalğasında 90-dan çox müxalifətçini tutuqlayıb

2021.10.20, 07:36
İran rejimi yeni həbslər dalğasında 90-dan çox müxalifətçini tutuqlayıb

Gunaz.tv

GünAzTv: Bu barədə İranın İSNA agentliyi yerli hüquq mühavizə orqanlarına istinadla xəbər verir.Eyni zamanda İranın hakim dairələri ölkdə elə bir ciddi insident və etiraz aksiyası olmadığını bildirir.İranın hakim dairələri bundan əvvəl prezident seçkilərinin ildönümündə istənilən aksiyanın kəskin şəkildə dağıdılacağını xəbərdarlıq etmişdi.Müxalifət liderləri Mirhüseyin Musəvi ilə Mehdi Karrubi buna görə iyunun 12-nə nəzərdə tutulmuş etiraz aksiyalarını təxirə salmalı oldular.Ötən il iyunun 12-də indiki prezident Mahmud Əhmədinejadın qalib gəldiyi mübahisəli seçkilərdən sonra ölkədə kütləvi nümayişlər, sonra isə ölümlə nəticələnən toqquşmalar və kütləvi həbslər başlandı.Müxalifət nəticələrin saxtalaşdırıldığını deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar