SON XƏBƏRLƏR

Rusiya Qırğızıstana əsgər göndərdi, özbəklər isə Qırğızıstanı tərk edir

2021.10.20, 07:36
Rusiya Qırğızıstana əsgər göndərdi, özbəklər isə Qırğızıstanı tərk edir

Gunaz.tv

GünAzTv: Qırğızıstanda Oş və Celalabad şəhərlərindəki qarşıdurmalar səbəbindən 75 min özbək ölkədən qaçır.

GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı  məlumata görə, özbək mühacirlərin böyük bir hissəsində qırğız əsgərlərinin "hökumətin vur əmri" nəticəsində güllə yaraları olduğu iddia edilib.

Daha bir xəbərə görə, Rusiyanın Qırğızıstandakı hərbi bazasını qorumaq üçün göndərdiyi bir batalyon paraşütçü əsgərin bazaya çatdığı bildirilib.

İnterfaks agentliyi, adını açıqlamadığı Rusiya Müdafiə Nazirliyi rəsmisinə istinadən yaydığı xəbərdə bildirilir ki, Qırğızıstana çatan batalyonun vəzifəsi bu ölkədəki Rusiya hərbi bazasını, rus əsgərlərinin və ailələrinin təhlükəsizliyini təmin etməkdir.

Rusiyanın İtar-Tass agentliyi də bölgədəki mənbələrə əsaslanaraq yaydığı xəbərdə, hadisələrin baş verdiyi Oş və Celalabad şəhərlərindəki insanların təcili dərman və qida yardımına ehtiyacı olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar