SON XƏBƏRLƏR

Quzey İraq kürdləri ikinci İsrail olmaq istəyir

2021.10.20, 07:36
Quzey İraq kürdləri ikinci İsrail olmaq istəyir

Gunaz.tv

GünAzTv: İraq Kürdüstanının Süleymaniyə şəhərində nəşr olunan “Avine” qəzetində şok məlumat dərc edilib. Həmin xəbərdə qondarma “İraq Kürdüstanı muxtar bölgəsi”nin xarici işlər sözçüsü olan Fəllah Mustafa adlı bir nəfərin dilindən bildirilir ki, “İraq Kürdüstanının İsrail dövləti ilə heç bir problemi yoxdur. İraq Kürdüstanı olaraq regionun ikinci İsraili olmaq istəyirik!” Fəllah Mustafa bu fikirləri “Nyu-York Taym”sın jurnalistlərinə müsahibəsi zamanı bölüşüb (“Tabnak”).

 

Qeyd edək ki, İraqın kürd separatçılarının İsrail rejimi ilə isti münasibətləri artıq sıx hərbi-siyasi münasibətlərlə səciyyələnir. Həmin mənbələrin bildirdiyinə görə, hal-hazırda 100 minə yaxın separatçı kürd yaraqlısı İsrail rejiminin işğal etdiyi ərazilərdə sərbəst hərəkət imkanlarına malikdir (deyerler.org).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar