SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı İranı vurmaq üçün hava dəhlizi verəcək

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı İranı vurmaq üçün hava dəhlizi verəcək

Gunaz.tv

GünAzTv: “London Times” qəzeti Səudiyyə Ərəbistanının İsrailin İranı bombalaması üçün hava dəhlizindən istifadə edilməsinə icazə verdiyinə dair məqalə yazıb. Yazıda bildirilir ki, İsrail İrana qarşı irimiqyaslı hərbi əməliyyatlara başlayacağı təqdirdə Səudiyyə Ərəbistanı bu ölkə üzərindən keçən hava yolundan istifadə etməyə imkan verəcək.

Qəzetin yazdığına görə, İsrail İranı nüvə silahı hazırlamaqda ittiham edir və əgər bu ölkə nüvə proqramını reallaşdıra bilsə, bunu bütün region, xüsusilə də İsrail üçün çox təhlükəli olacaq vəziyyət kimi qiymətləndirir. İsrailin İranın nüvə proqramını reallaşdırmağın qarşısını almaq üçün plan hazırladığı deyilir. Bu plana bəzi ölkələrin hava məkanından istifadə etməklə İranın nüvə silahı hazırladığı güman edilən obyektlərinin bombalanması da daxildir.Qəzetin ABŞ-ın Müdafiə Nazirliyindəki mənbədən aldığı məlumata görə, İsrail İrandakı nüvə obyektlərini bombalayacaq, bunun üçün isə onun Səudiyyə Ərəbistanı, İraq, İordaniya və Küveytin hava məkanından istifadə etməsi vacibdir. Yazıda bildirilir ki, İraqın hava dəhlizindən istifadə etməyə Obama administrasiyası razı deyil.Həmin mənbə onu da deyib ki, Səudiyyə Ərəbistanının bir rəsmisi bu barədə maraqlı açıqlama verib: “İsrail təyyarələri gəlib keçəcək və biz bundan xəbər tutmayacağıq”. Uzun zamandan bəri dünyanın gündəmini tutan İranın nüvə proqramı ilə bağlı İsraillə Səudiyyə Ərəbistanı arasında gizli danışıqların olduğu da deyilir (anspress).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar