SON XƏBƏRLƏR

Qırğızıstanda son durum

2021.10.20, 07:36
Qırğızıstanda son durum

Gunaz.tv

GünAzTv: Qırğızıstanın cənubundakı gərginlik artır. Ölkənin cənubunda vəziyyət getdikcə kritikləşir. Ölənlərin sayının 50-yə çatdığı, 663 nəfərin yaralandığı bildirilir.

Toqquşmalar Oş şəhərindən Özbəkistanın Əndican şəhəri ilə sərhəddə yerləşən Aravan, Qarasu və Özgən qəsəbələrinə də sıçrayıb.

Qırğızıstanın müvəqqəti hökuməti toqquşmaların dayandırılması üçün Rusiyadan yardım istəyib.

Özbəkistan isə Qırğızıstanla sərhədini bağlayıb.

Bu arada Qırğızıstandakı toqquşmalarda TRT-nin Bişkek müxbiri Uğur Özən hücuma məruz qalıb.

Hökumətdən Oşa getmək üçün avtobus tələb edən insanlar ölkənin cənubuna müraciət etmək üçün dövlət televiziyasının binasına yürüş ediblər. Binanın qarşısında toplaşan insanlar onları görüntüləyən Uğur Özənə hücum ediblər.

Müxbir Türkiyə səfirliyinə gətirilib. Onun səhhətinin qaydasında olduğu bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar