Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: BMT Təhlükəsizlik Şurasının İrana qarşı yeni sanksiyası Tehranı çökdürəcək gücdə deyil. Əlbəttə, sanksiyada İranla nüvə sahəsində əməkdaşlığın, bu ölkəyə ağır silahların satılmasının qadağan edilməsi, neytral sularda İrana daşınan şübhəli yüklərin yoxlanılması Tehrana müəyyən çətinliklər yaracaq. Ancaq buna oxşar qadağalar qeyri-rəsmi şəkildə əvvəl də mövcud idi, onsuz da kimsə İrana açıq-aşkar uran və ya ağır texnika satmırdı. İran bundan öncə BMT-nin 3 sanksiya qərarını qulaqardına vuraraq öz bildiyini edib, çox güman ki, budəfəki sanksiyadan da gərəkli nəticə çıxarmayacaq. Rusiya BMT qətnaməsindən dərhal sonra İrana C-300 raketlərinin satmaqdan vaz keçib. Bu, BMT sanksiyasından sonra İranın ilk itkisidir. Buna baxmayaraq BMT sanksiyası Vaşinqtonun düşündüyü sərt qərardan fərqlənir. ABŞ BMT sanksiyasını elə şəklə gətirmək istəyirdi ki, qətnamə İran hakimiyyətinin sonunu yaxınlaşdırsın. Məsələn, Vaşinqton çox arzulayırdı ki, İrana enerji resurslarının alqı-satqısı qadağan edilsin. Əgər BMT-nin sanksiyasında belə bir maddə olsaydı, Tehran rejimi çox qısa müddətdə çökər, İran hakimiyyətini elə küçələrə çıxan narazı xalq devirərdi. Neft və qaz İran iqtisadiyyatının əsasını təşkil edir, gəlirin az qala tamamı neft və qaz satışından əldə edilir. İran neftini xaricə sata bilməsə, iqtisadiyyat bir anda böhrana yuvarlanar, əhalinin durumu ağırlaşar.Bəs onda nədən Vaşinqtonun hazırladığı sanksiyada İrana enerji resurslarının satışına qadağa qoyulmadı? Çünki Moskva və Pekin İrana enerji satışına qadağa qoyan sanksiyaya BMT Təhlükəsizlik Şurasında səs verməyəcəkdi. Rusiya və Çin bunu əvvəlcədən Vaşinqtona bildirmişdilər. Rusiya prezidenti Dmitri Medvedyev BMT qətnaməsi məsələsində ABŞ-la eyni cərgədə olduğuna eyham vursa da, sanksiyanın İran xalqına zərər vurmaması gərəkliyini bildirmişdi. Bu açıqlamanı baş nazir Vladimir Putin BMT-nin sanksiya qərarından bir gün öncə İstanbuldakı konfransda təkrarladı. Çin də ABŞ-ın İrana qarşı enerji satışı qadağası qətnaməsinin əleyhinə idi. Çin neftə olan tələbatının az qala 20 faizini İrandan alır. Pekin İranda bir neçə neft və qaz yatağına da iddialıdır. Ona görə də belə bir durumda Vaşinqton İrana qarşı nə mümkündür, onu etməyə qərar verdi. Moskva və Pekin BMT sanksiyasının yalnız indiki mətninə səs verə bilərdilər. Rusiya və Çinin Vaşinqtonu geri addıma məcbur etməsi Türkiyənin də işinə yaradı. Doğrudur, hazırda Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan BMT sanksiyasını top atəşinə tutur, beynəlxalq aləmin Ankaranın vasitəçiliyini heçə saydığını irəli sürür, ancaq BMT-də İrana qarşı daha sərt sanksiyaya səs verilsəydi, Türkiyə iqtisadiyyatını da ciddi problemlər gözləyəcəkdi. Türkiyə qazın böyük hissəsini İrandan alır. İki ölkə arasında ortaq enerji layihələrinin işlədilməsi bağlı perspektivli anlaşmalar da imzalanıb. BMT-nin sərt sanksiyası Türkiyəni on milyardlarca dollar ziyana sürükləyəcəkdi. Türkiyə bir dəfə oxşar problemlə üzləşib. İraq lideri Səddam Hüseyn 1990-cı illərin əvvəllərində Küveyti işğal etdikdə BMT İraqa qarşı sərt sanksiya qəbul etdi, bu dövlətin neft satışına qadağa qoydu. Bununla Türkiyə İraqdan neft ala bilmədi, iki ölkəni birləşdirən boru xətti çalışmaz hala gəldi, ziyan on milyardlarla dolları keçdi. Vaşinqton üçün ilkin nəticə ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasında nadir hallarda rast gəlinən baş verdi – ABŞ Rusiya və Çinlə ortaq məxrəcə gəldi. İllər boyu Təhlükəsizlik Şurasında ABŞ Çin və Rusiyanın təkliflərini veto edib və tərsinə Vaşinqtonun irəli sürdüyü qətnamələri Moskva və Pekin əngəlləyib. Odur ki, Vaşinqton indiki nəticədən razı qala bilər. ancaq Ağ ev bununla kifayətlənmək istəmir. ABŞ-ın İranla bağlı növbəti planı üzərində gərgin iş getdiyini vurğulamaq mümkündür. Görünür, Vaşinqton İrandakı hakimiyyəti devirməyənə qədər soyuyan deyil. Əslində Türkiyə və Braziliyanın vasitəçiliyi ilə Tehranda imzalanan anlaşma beynəlxalq aləmi İranla bağlı bir qədər rahatlatmalı idi. Ancaq bu anlaşma Vaşinqtonun İranla bağlı gələcək planlarını təhlükə altına alırdı. Çünki Vaşinqton Tehran anlaşmasını qəbul etsəydi, İran prezidenti Mahmud Əhmədinejadı sanksiyalardan qurtarar, bu da onun hakimiyyətinin güclənməsinə yol açardı. Vaşinqton isə Əhmədinejada belə bir şans tanımaq istəmir. Ona görə də Vaşinqton Tehran anlaşmasının mürəkkəbi qurumamış İrana qarşı sanksiya tətbiq edəcəyini açıqladı. Vaşinqton İranın nüvə çalışmaları ilə mübarizə adı altında Tehran rejiminin zəiflədilməsi mexanizmlərini hərəkətə gətirməyə çalışır. Təsadüfi deyil ki, BMT-nin sanksiya qərarından bir neçə saat sonra jurnalistlər qarşısına çıxan ABŞ prezidenti Barak Obama nüvə təhlükəsi haqqındakı çıxışını bir az sonra İranda seçkilərin nəticələrinə etiraz edən gənc qızın – Nidanın qətlinə gətirdi. Obama sanki bu sözləriylə İranda Nida və tərəfdarlarının məğlubiyyətə uğramasından təəssüfünü ifadə edirdi. ElxanŞAHİNOĞLU . «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu