SON XƏBƏRLƏR

20 cildlik “Erməni problemi” kitabı hazırlanır

2021.10.20, 07:36
20 cildlik “Erməni problemi” kitabı hazırlanır

Gunaz.tv

GünAzTv: Türk Tarix Qurumu (TTQ) Türkiyə, Azərbaycan və digər ölkələrdən 350 tarixçi alim və tədqiqatçının 500 əsər və məqaləsindən ibarət 20 cildlik “Erməni problemi” kitabını nəşrə hazırlayır.

 

GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, kitabın elmi redaktoru, TTQ-nin erməni məsələləri şöbəsinin üzvü, dosent Enis Şahin bildirib ki, kitab 5-6 min səhifədən ibarət olacaq və gələn ilin mayında nəşrə hazır olacaqdır. Dağlıq Qarabağ, İrəvan xanlığı kimi məsələlərin də geniş yer alacağı kitaba Azərbaycan tarixçilərinin əsərləri də daxil ediləcəkdir.

 

Layihəyə İtaliya, Fransa, ABŞ, Rusiya, Braziliya, Argentina, Çili, Gürcüstan alimləri də maraq göstəriblər. Qeyd olunub ki, Ermənistandan da 4 alimin obyektiv məqalələri kitabda yer ala bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar