SON XƏBƏRLƏR

Bu gün Futbol üzrə Dünya Çempionatı başlayır

2021.10.20, 07:36
Bu gün Futbol üzrə Dünya Çempionatı başlayır

Gunaz.tv

GünAzTv: Bir aylıq turnir bu gün keçiriləcək CAR-Meksika oyunu ilə start götürəcək.

 

Futbol azarkeşləri bu gün başlayacaq Dünya Çempionatını səbrsizliklə gözləyirlər. Xüsusilə ev sahibi Cənubi Afrika Respublikasında entusiazm yüksəkdir. İlk dəfə olaraq Afrika ölkəsi Dünya Çempionatına ev sahibliyi edir. 32 milli yığma komandanın iştirak etdiyi bir aylıq çempionat Yohannesburqda təmiri yenicə başa çatmış stadionda ev sahibi Cənubi Afrika Respublikasının Meksika ilə oyunu ilə başlayacaq. Cənubi Afrikanın aparteid siyasətindən sonrakı ilk prezidenti və Nobel Sülh mükafatı laureatı, 91 yaşlı Nelson Mandelanın açılış mərasimində qısa nitq söyləyəcəyi gözlənilir. CAR-dan başqa Afrika qitəsindən daha 6 komanda – Fil Dişi Sahili, Qana, Kamerun, Nigeriya, Misir və Əlcəzair Dünya Çempionatında iştirak edir. Ev sahibi kimi Cənubi Afrika çmepionata avtomatik qatılıb. Keçən çempionatın qalibi kimi İtaliya da turnirə birbaşa qoşulsa da, Avropa Çempionatının son qalibi İspaniya və 5 qat dünya çempionu Braziliya da fovaritlər arasında göstərilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar