SON XƏBƏRLƏR

Qırğızıstanda qanlı toqquşma olub

2021.10.20, 07:36
Qırğızıstanda qanlı toqquşma olub

Gunaz.tv

GünAzTv: Oş şəhərində dünən axşam baş verən qarşıdurma zamanı ölən və yaralananların sayı açıqlanıb. “Ria Novosti”nin verdiyi məlumata görə, Qırğızıstan Səhiyyə Nazirliyi ölənlərin sayının 12 nəfərə çatdığını bildirib. 126 nəfər yaralanıb, onların 10 nəfəri ağır durumdadır. 

 

Qarşıdurmanın səbəbi də məlum olub. Qırğızlarla bərabər çoxlu sayda özbəkin yaşadığı Oş şəhərində Alay mehmanxanası qarşısında özbək və qırğız gənclərdən ibarət dəstələr arasında mübahisə yaranıb və dava-dalaş başlayıb. Qarşıdurma zamanı mağazalar dağıdılıb, avtomobillər yandırılıb. Sabitliyə bərpa etmək üçün Oşda fövqəladə vəziyyət elan olunub və şəhərə zirehli texnika yeridilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar