SON XƏBƏRLƏR

Behbud Quluzadə öz ailəsi ilə telefon əlaqəsi saxlaya bilib

2021.10.20, 07:36
Behbud Quluzadə öz ailəsi ilə telefon əlaqəsi saxlaya bilib

Gunaz.tv

GünAzTv: hazırda həbsdə saxlanılan milli-mədəni fəal cənab Behbud Quluzadə ikinci dəfə öz ailəsi ilə telefon əlaqəsi saxlayıb.

 

Birinci dəfə telefon bağlantısı bir neçə saniyyədən sonra kəsilən Quluzadə, bu dəfəki qısa bağlantısında ancaq “Təbrizdə” saxlanıldığını öz ailəsinə çatdıra bilib.

 

20 gün Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində təknəfərlik kamerada saxlanılan Quluzadənin, ümumi durumu haqqında heç bir məlumat yayılmayıb.

 

Həmçinin adını çəkdiyimiz milli-mədəni fəallın bank hesabı səlahiyyətli orqanlar tərəfindən qapadılıb və hazırda istifadə olunmaz durumdadır.

 

Məlumata görə, Təhlükəsizlik məsulları onun ailəsinə bildiriblər ki, hələlik məsələni təqib etməyin. Ona görə ki, bu dəfə mövzu ciddidir və Quluzadənin cəzası ağır olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar