SON XƏBƏRLƏR

Milli-mədəni fəal Mahmud Fəzli tutuqlanıb

2021.10.20, 07:36
Milli-mədəni fəal Mahmud Fəzli tutuqlanıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanda həbslərin son dalğasının üstündən bir neçə gün keçdiyi halda, Xoy şəhərinin milli-mədəni fəallarına təzyiqlər dəvam etməkdədir.

 

Bu dəfə Heydər (Yaşar) Kəriminin tutulmasından bir gün sonra Mahmud Fəzlinin tutulduğu xəbəri yayılıb.

 

Məlumata görə, tanınmış milli-mədəni fəal cənab Mahmud Fəzli Təbrizdə 2010-cu il iyun ayının 8-də (1389-cu il xordad ayının 18-i), ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən yaxalanıb. Məskunlaşdığı evin yaxınlığında tutuqlanan Fəzli, məmurlar tərəfindən naməlum istiqamətə aparılıb.

 

Milli-mədəni fəalı yaxalayan məmurlar sonra Fəzlinin  evinə gedib, evdə axtarış apararaq ona aid türkcə şer və hekayə kitablarını və bəlgələri aparıblar. M.Fəzlinin hazırda harada saxlandığı bilinmir.

 

Qeyd edək ki Keçmişdə Azərbaycan Öyrənci Hərəkətinin fəallarından olan Mahmud Fəzli, “Azərbaycanlı Biliyurdlular (öyrəncilər) Toplumu”nun (Azbiltop) təsis edənlərindəndir. Onun bundan öncə də dəfələrcə tutuqlandığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar