Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: "Manas" hərbi bazasının Qırğızıstandan Azərbaycana köçürülməsi yenidən gündəmə qayıtdı .Roza Otunbayeva hökuməti 2011-ci ilin iyulunu gözləməyə bilər.
Son günlərdə yenidən diqqət hədəfinə çevrilən məsələlərdən biri Qırğızıstandakı "Manas" hərbi bazasının Bakıda peyda ola biləcəyidir. Belə məlumatların yayılmasına əsas səbəb isə Azərbaycan parlamentinin təsdiq etdiyi yeni hərbi doktrinadır. Doktrina xarici bazaların ölkə ərazisində yerləşdirilməsinə imkan verir. Daha doğrusu parlamentdə səs çoxluğu ilə qəbul edilmiş bu sənəd Azərbaycanda "xarici hərbi bazaların yerləşdirilməsinə" beynəlxalq razılaşmalar çərçivəsində icazə verir.
Məhz bu kontekstdə təhlilçilər hesab edir ki yeni doktrina Amerikanın Əfqanıstanda apardığı müharibədə Azərbaycanın rolunu artıra bilər. Başqa sözlə NATO-nun rəhbərlik etdiyi qüvvələrə təchizat daşınması üçün Azərbaycanın imkanlarından daha geniş şəkildə istifadə oluna bilər. Qeyd edək ki 2001-ci ildən bəri Əfqanıstana və əksinə Azərbaycan vasitəsilə on minlərlə tranzit uçuşu həyata keçirilib. Təkcə ötən il 100 min Amerika və digər beynəlxalq personal Azərbaycanın hava məkanından istifadə edərək Əfqanıstana və ordan geriyə uçub. Amerika müdafiə naziri Robert Qeyts isə Bakıda olarkən Azərbaycandan Əfqanıstana yükdaşımaların sərfəli olduğunu bəyan edib: "Rusiya və Qırğızıstan kimi Azərbaycanın da hava və yerüstü nəqliyyat yollarından istifadə olunması Amerika üçün çox vacibdir. Bu maya dəyəri baxımından koalisiya qüvvələri və Əfqanıstan üçün ən effektiv təchizat marşrutudur".
Xatırladaq ki hələ ötən il "Manas" hərbi bazası üzərində ABŞ və Qırğızıstan arasında yaranan narazılıqdan sonra bu bazanın yeni ünvanının məhz Azərbaycan ola biləcəyinə dair fikirlər dolaşmağa başlamışdı. O vaxt Amerikanın "The New York Times" qəzeti yazırdı ki sözügedən bazanı əvəz etməyə əsas namizəd Bakı olacaq. Elə həmin dövrdə Amerika Bakıda konfrans keçirərək Azərbaycan Türkiyə və Gürcüstandan olan nəqliyyat rəsmiləri və özəl podratçılarla birgə Əfqanıstana yeni təchizat yollarını müzakirə elədi. Söhbət Cənubi Qafqaz daha sonra Orta Asiyadan keçməklə Əfqanıstanın şimalına aparan marşrutdan gedir. NATO rəsmiləri deyir ki məqsəd yalnız əlavə marşrut əldə etməkdir onların niyyəti Rusiya və ya Pakistan yolunu tam əvəz eləmək deyil. Bakıda konfrans keçirən Amerika və Azərbaycan rəsmiləri bildirdilər ki burada söhbət yüklərin Gürcüstanın Poti limanından quru yolu ilə Bakıya ordan dəniz yolu ilə Qazaxıstanın Aktau limanına daha sonra isə Özbəkistan vasitəsilə Əfqanıstana daşınmasından gedir. İndi isə Qırğızıstanda məlum hakimiyyət dəyişikliyilə bağlı "Manas"a görə yaşanan yeni ziddiyyətlər və Azərbaycan parlamentinin təsdiq etdiyi yeni hərbi doktrina bu məsələni yenidən gündəmə gətirib. Bi-Bi-Si-nin Mərkəzi Asiya və Qafqaz xidməti üzrə redaktoru Firdevs Robinson bununla bağlı bildirir: "ABŞ müdafiə nazirinin Bakıya səfəri və Amerikanın Azərbaycana marağının artmasına səbəb Vaşinqtonun Qırğızıstandakı "Manas" bazası ilə bağlı narahatlığı ola bilər. Qırğızıstan hökumətinin amerikalıları "Manas" bazasından çıxara biləcəyi güman edilsə də bazada istifadə olunan yanacağa qoyulmuş vergi ilə bağlı Amerika və Qırğızıstan hökuməti arasında narazılıq müvəqqəti də olsa çözülmüş kimi görünür. Həm qırğız həm də ABŞ mənbələri deyir ki bu məsələni hələlik həll ediblər. "Manas" bazasında təyyarələrə doldurulan yanacaq vergidən azad idi. Amma iyunun 5-də Qırğızıstan hökuməti bu qərarı ləğv edib və ABŞ təyyarələrini yanacaqla təchiz edən şirkət iddia edib ki bu Qırğızıstan tərəfindən müqavilənin pozulması demək idi. Qırğızıstan hökuməti deyir ki yanacaq müqavilələri devrilmiş prezident Bakiyevin müttəfiqlərinin idarə etdiyi şirkətlər tətrəfindən imzalanıb. "Manas" bazasını yanacaqla təchiz edən şirkət "Mina Corp"dur. Onlar Qırğızıstan hökumətilə hər hansı korrupsiya əlaqələrinin olmasına dair fikirləri rədd edir.
Qərb və Qırğızıstan mənbələri təsdiq edir ki bu narazılıqlarla bağlı müvəqqəti həll yolu tapılıb. İyunun 20-dək vergidən azadolunma şərtləri davam edəcək. Ondan sonra isə daimi həll yolu tapılacaq. Hakimiyyətə gələndən bir neçə gün sonra müvəqqəti hökumətin başçısı Roza Otunbayeva "Manas" hava bazasından ABŞ-ın istifadə müqaviləsini 2011-ci ilin iyulunadək uzadıb. Ancaq bir neçə gün öncə o deyib ki Qırğızıstan Rusiya ilə əlaqələri genişləndirəcək və gücləndirəcək yeni parlament isə oktyabrda keçiriləcək parlament seçkilərindən sonra Amerikanın "Manas" bazasından istifadəsinə dair müqaviləyə yenidən baxacaq. Beləliklə "Manas" bazası ilə bağlı qeyri-müəyyənlik davam edir və ABŞ-ın bazalarını yerləşdirmək üçün yeni məkanlar aramasının əlamətləri görünür. ABŞ müdafiə naziri Robert Qeyts Azərbaycanda da məhz bu işlə məşğul olub. Ferval ayında "Manas" bazası bağlanarsa Amerikanın nə edəcəyi barədə suala cavab verən cənab Qeyts deyib ki "Manas mühümdür amma əvəzedilməz deyil". Bi-Bi-Si-nin digər məlumatına görə son aylar ərzində silsilə basqınlar NATO-nu Əfqanıstan əməliyyatının təchizatı üçün Pakistandan yan keçən daha təhlükəsiz yolların axtarılmasına sövq edir. Belə bir şəraitdə yüklərin daşınması üçün Rusiya və xüsusilə də təchizatın aparıcı hissəsinə çevrilmiş Azərbaycanla danışıqlar aparılır. Hazırda Əfqanıstanda NATO qüvvələrinin sayı 100 mini aşıb. Hərbiyyə əsasən hava nəqliyyatı vasitəsilə təchiz edilir. Lakin ağır silahlar texnika və yanacaq Pakistan üzərindən çatdırılmalıdır. Və NATO bu problemin çözümünü tapmağa çalışır. Əsas ümid yerlərindən biri isə məhz Azərbaycandır. Baki-xeber
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu