SON XƏBƏRLƏR

Türk dünyasının dünya şöhrətli yazıçısı, görkəmli alim Çingiz Aytmatovun anım günüdür

2021.10.20, 07:36
Türk dünyasının dünya şöhrətli yazıçısı, görkəmli alim Çingiz Aytmatovun anım günüdür

Gunaz.tv

GünAzTv: Türk dünyasının Dünya şöhrətli yazıçısı, Qırğızıstan vətəndaşı Çingiz Aytmatovun vəfatından 2 il ötür. Almaniyada böyrək çatışmazlığından müalicə olunan ədib, 2008-ci il iyunun 10-da dünyasını dəyişib. Dünya şöhrətli yazıçı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Talas əyalətinin şəkər kəndində anadan olub. 52-ci ildən başlayaraq qırğız dilində kiçik hekayələri çap olunmağa başlayıb. Bir sıra hekayələri, həmçinin ona dünya şöhrəti gətirən «Cəmilə» povesti işıq üzü görüb. «Gün var əsrə bərabər», «Ana torpaq», «Əlvida Gülsarı», «Cəllad kötüyü», «Dəniz kənarı ilə qaçan alabaş» kimi məşhur roman və povestləri dünya ədəbiyyatı kitabxanasına daxil olub. Çingiz Aytmatov Azərbaycanda da kifayət qədər tanınır və sevilirdi. Ölümündən bir neçə ay əvvəl Bakıda 80 illik yubuleyi qeyd olunurdu. Özü də sevimli şəhərinə təşrif buyurmuşdu. Gələn kimi türk dünyasının dahi siyasətçisi milli liderimizin məzarını ziyarət etdi, şərəfinə düzənlənən yubiyey tədbirlərinə qatıldı, «Lider» televiziyasının kollektivi ilə də tanış oldu. Əslində onu ölkəmizdə tanımayan demək olar ki, yoxdu. O, Azərbaycanı və azərbaycanlıları da çox sevirdi. Dostluqdan qaynaqlanan bu sevgi qarşılıqlı idi. Elə sağlığında ikən prezident İlham Əliyev ölkələr arasında dostuluğa görə onu medalla da təltif etdi. Əsərlərində həyatsevərliyi ilə fərqlənirdi Çingiz Aytmatov. Onu oxucusuna sevdirən də bu idi. İndi özü cismən aramızda olmasa da, yazıb-yaratdıqları bizə hər zaman onu xatırladacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar