Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Daşnaklar hakimiyyəti dəyişmək üçün prosesə start verib, solçular isə ölkəni axmaqların əlindən xilas etməyin vaxtının çatdığını deyirlər.
EMK və erməni diasporu aparılacaq mübarizədə antisərkisyan hərəkatına dəstək verməyə hazır olduqlarını bəyan ediblər Ermənistanda siyasət qazanı qaynamağa başladı. Artiq siyasi partiyalar, xüsusən də müxalifətdə olan erməni təşkilatları Serj Sərkisyanın pişiyini ağaca dırmaşdırmağa hazırlaşırlar. Daşnaklar yeni hökumət qurulması uğrunda mübarizəyə başladıqları halda, solçular da Sərkisyan hakimiyyətini «səfeh» adlandırmaqla əhalini daha da qızışdırmaqdadır. Bu azmış kimi, Ermənistan əhalisinin bir qismi etiraz əlaməti olaraq, Türkiyə sərhəddini keçərək, qardaş ölkənin ərazisində məskunlaşmaq barədə qərar veriblər. Daşnaklar hakimiyyəti dəyişməyə hazırlaşırlar Qeyd edək ki, Ermənistanın içində başlayan siyasi proseslər artıq təhdidləri ilə də diqqəti çəkir. Ermənistanın ən aparıcı siyasi təşkilatlarından biri olan və hal hazırda erməni diasporunun ən çox dəstəklədiyi qurum olaraq qəbul edilən Daşnaksütun Partiyası son qərarını verərək, ölkədə hakimiyyət dəyişikliyinə getməyin vaxtı çatdığını bəyan edib Partiyanın ötən gün yaydığı bəyanatında deyilir ki, artıq Ermənistanda baş verən proseslər və yaşanan problemlər dəhşətli şəkil almaqdadır. Daşnakların rəyinə görə, əgər vaxtında sosial və iqtisadi problemlərin qarşısı alınmasa, o zaman hakimiyyət dəyişikliyi qaçılmaz olacaq. Onların sözlərinə görə, hazırkı məqamda da tək çıxış yolu yeni hökumətin qurulmasıdır. İndiki hakimiyyətin Ermənistanın heç bir problemini həll etmək gücündə olmadığını vurğulayan daşnaklar qeyd ediblər ki, bütün sahələrdə rüşvət və korrupsiya ilə yanaşı, ölkədə dəhşətli özbaşınalıq hökm sürür. Eyni zamanda, Sərkisyan rejimi Ermənistanın milli təhlükəsizliyinin daha da risqli dərəcələrə enməsinə şərait yaratmaqdadır. Daşnaksütun Partiyasının Ali Məclisinin rəhbəri Armen Rüstəmyan isə bu barədə deyib ki, onların partiyası ölkədə hakimiyyət dəyişikliyini reallaşdırmağa hazırdır və bunun üçün yeni hökumətləri belə hazırdır. «Biz Ermənistanın milli siyasət kursunu öz prioritetlərimizə daxil etmişik. Həmçinin ölkədə sosial ədalət və vətəndaşların hüquqlarının qorunması məsələsini də buraya əlavə etmişik. Hazırkı hakimiyyət bunları təmin etmək gücündə deyil. Ona görə də, yeganə çıxış yolu hakimiyyəti dəyişməkdən keçir».Rüstəmyan Ermənistanda iqtidar dəyişikliyinə hərbi və ya inqilab yolu ilə getməyin tərəfdarı olmadıqlarını da söyləyib. «Bu vasitələr onsuz da ağır vəziyyətdə olan Ermənistan dövlətçiliyini daha da ağır vəziyyətə qoya bilər. Onsuz da qonşularımızla münaqişəli vəziyyətdəyik və bunun fonunda belə bir addım atmağın yeri yoxdur. Amma buna rəğmən biz vaxtından əvvəl seçkilərin keçirilməsini istisna etmirik. Biz həmin prosesə hazırıq». Diaspordan dəstək gəlir Ermənistanda diasporun dəstəyi ilə bir sıra nailiyyətlər əldə etmiş Daşnaksütunun atdığı bu addım erməni diasporu tərəfindən dəstəklənməkdədir. Artıq bir sıra erməni diaspor təşkilatları və onların nəzarətində olan xəbər agentlikləri daşnakların yeni təkliflərinə qahmar çıxmağa başlayıblar. Onların arasında aparıcı yerlərdən birini tutan panarmenian.net saytı dünən yaydığı xəbərlərində Daşnaksütun Partiyasının Ermənistanda yeni bir dövrə start verdiyini vurğulayıb. Bundan başqa, «Ay-Dat» təşkilatı da dolayısı ilə daşnakların Ermənistan üçün hazırladığı planlarını təqdir edən xəbərləri ilə diqqəti çəkməkdədir. Erməni mətbuatının yaydığı məlumatlarda vurğulanır ki, həmçinin Amerikada fəaliyyət göstərən Beynəlxalq Erməni Konqresi (BEK) də nəzarətlərində olan xəbər portalları və qəzetlərə Daşnaksütun Partiyasını dəstəkləyən yazılarla çıxış etmələri barədə göstəriş verib. Bununla yanaşı, həmin KİV-lərin əsas vəzifələrindən biri də daşnaklara qarşı çıxacaq siyasətçilərin tənqid edilməsi və barələrində kompromatların yayılmasından ibarət olacaq. EMK daşnaklara «qarmaq» atır Ermənistanın içindəki bəzi siyasi qüvvələrin bəziləri daşnakların erməni diasporuna bağlı olduğunu bildiyindən mümkün qədər onlarla yaxınlıq etməyə çalışırlar. Artıq Ermənistanın aparıcı müxalifət qüvvəsi kimi tanınan Milli Konqresin nümayəndələri də Daşnaksütun Partiyası ilə danışıqlar apararaq, hakimiyyəti dəyişmək üçün onlarla birlikdə mübarizəyə hazır olduqlarını çatdırıblar. «Jamanak» qəzetinin yaydığı məlumatda deyilir ki, bu barədə danışıqların nəticələri hələlik bəlli deyil. Amma həmin qəzetə müsahibə verən Daşnaksütun Partiyasının Ali Məclisinin sədri Armen Rüstəmyan bu barədə deyib ki, Ermənistanda heç bir siyasi qüvvə onlarsız hərəkət edə bilmək. «Heç kim Daşnaksütunun gücündən imtina edə bilməz. Qoy, əvvəlcə həmin qüvvələr öz səmimiliklərini xalqın qarşısında təsdiqləsinlər. Ondan sonra danışıqlar masası arxasında əyləşmək barədə fikirləşə bilərik».Rüstəmyan daha sonra iddia edib ki, onlar Ermənistan müxalifətini qəbul etmirlər, çünki tək müxalifət özləridir. «Bu gün müxalifət düşərgəsinin iki qanadı arasında mübarizə gedir. Halbuki bu mübarizəni hakimiyyətə qarşı aparmaqla daha yaxşı nəticələr əldə etmək olar. Amma bəziləri artıq bizim gücümüzü görüb, daşı ətəyindən tökməyə başlayıb. Bu mübarizədə müttəfiqlik məsələsinə baxarıq».Axmaqların hakimiyyəti və vətəndaş müharibəsi riski Ermənistandakı solçu partiyaların başında dayanan təşkilatlardan biri də Marksist Partiyasıdır. Ötən gün açıqlama verən həmin partiyanın rəhbəri David Akopyan bəyan edib ki, Ermənistanda prezident seçkiləri parlament seçkilərindən daha tez baş verəcək. Onun sözlərinə görə, hal hazırkı seçki sistemi erməni cəmiyyəti və dövlət siyasətinin təhlükəsizliyini qorumaq gücündə deyil. «Bugünkü seçki qanunvericiliyi millətin dəyərlərinə tüpürmək deməkdir. Hazırkı şərait tələb edir ki, yeni qanunvericilik hazırlanmalıdır. Biz istəsək də siyasi və sosial katakalizmlərdən qaça bilməyəcəyik. Bu gün Ermənistan hakimiyyəti axmaqların əlindədir. Onlar əllərindən gələni edirlər ki, növbəti seçkilərdə ölkədə vətəndaş müharibəsi baş versin».Hakimiyyət çat verir Xəbər verildiyi kimi, ötən günlərdə Ermənistanda bir qrup hüquq müdafiəçisi və QHT-lər orduda və ölkədə baş verən özbaşınalıqlara etiraz əlaməti olaraq bir neçə gün ardıcıl aksiya keçirməyə cəhd göstərmişdilər. Həmin aksiyaların «Azadlıq» meydadında keçirilməsinə cəhd edən şəxslərin qarşısını zorakılıqla alan erməni hakimiyyəti ortalıq sakitləşədən sonra müxalifət düşərgəsini ələ salmağa başlayıb.Belə ki, Ermənistan Respublikaçılar və Çiçəklənən Ermənistan partiyalarının parlamentdəki nümayəndələri Qaqik Minasyan və Vardan Boastançıyan jurnalistlərlə görüşündə bəyan ediblər ki, bundan sonra hüquq müdafiəçiləri, mətbuat nümayəndələri və QHT rəhbərləri «Azadlıq» meydanında sərbəst gəzə bilərlər. «Gedin «Azadlıq» meydanında rahatlıqla istirahət edin. Daha təhlükə qalmayıb».Amma işin maraqlı tərəfi odur ki, hakimiyyət düşərgəsində təmsil olunan bəzi deputatlar hökumətin atdığı addımlara etirazlarını bildirməyə başlayıblar. Məsələn, elə Respublikaçılar Partiyasının nümayəndəsi deputat Areq Qukasyan bəyan edib ki, İrəvandakı «Azadlıq» meydanında hər kəsin gəzmək hüquqi var və bunun qarşısını almaq yanlış addımlır. «hamının istədiyi şəkildə gəzmək və dolanmaq hüququ var. Vəzifəsindən asılı olmayaraq kimsənin onları vurmaq, döymək hüququ yoxdur. Belələrini, məhkəməyə vermək və cəzalandırmaq lazımdır». Sərkisyanpərəstlər Koçaryana qarşı Ermənistanda hakimiyyətə gətirilən Serj Sərkisyanın hal hazırda bu postda əyləşməsində keçmiş prezident Robert Köçəryanın heç də az rolu olmayıb. Amma Sərkisyan və onun tərəfdarları erməni xislətindən çıxış edərək Koçaryanı bir kənara tullayıblar. Hətta əllərinə imkan düşən kimi, onun barəsində alçaldıcı fikirlər də səsləndirməkdən çəkinmirlər. Hərçənd bunu yaradan bir başqa zəmin də var. O da keçmiş prezidentin yenidən hakimiyyətə gəlmək istəyi barədə məlumatların yayılmasıdır. Bundan ciddi şəkildə narahat olan Sərkisyan hakimiyyəti mümkün qədər bu barədə yayılan xəbərləri təkzib etməklə yanaşı. Koçaryanı da tənqid etmək barədə hərəkətləri sezilir. Dünən Ermənistanda nəşr olunan «Qarapark» adlı qəzetə açıqlama verən hakim Respublikaçılar Partiyasının sədri müavini və deputat Qalust Saakayan deyib ki, ölkədə onların qarşısına çıxacaq güc yoxdur. Bundan başqa, erməni deputat Koçaryan məsələsinə də toxunaraq deyib ki, ERP bu adamını komandasını və siyasi təşkilatını ölkədə siyasi qüvvə olaraq görmür. «Mən Koçaryan komandasını siyasi qüvvə kimi görmürəm. Adətən «siyasi qüvvə» anlayışı açıq siyasi mübarizədə ortaya çıxır. Lakin Koçaryan tərəfdarları qapalı şəkildə fəaliyyət göstərirlər və bu səbəbdən də onları siyasi iradə sahibi hesab etmək doğru olmazdı».Köçəryan Haaqa məhkəməsinə verildi Ermənistanın aparıcı müxalifət hərəkatı olan Ermənistan Milli Konqresi (EMK) bu əsnada yeni bir taktikanın üzərində işləyərək, konkret addım atmağa başlayıb. Konqresin yaydığı məlumata görə, onlar Ermənistanın keçmiş prezidenti Robrert Köçəryanı törətdiyi ağır cinayətlərdən dolayı Beynəlxalq Haaqa Məhkəməsinə verib. Məlumatda bildirilir ki, təqdim olunan sənədlərin ümumi həcmi 280 səhifədən ibarətdir. Lakin həmin yazılı sənədlərə 4500 səhifəlik əlavə faktoloji sənədlər də əlavə olunub. Eyni zamanda, EMK Avropa Məhkəməsinə hakimiyyətə qarşı 40-ya yaxın cinayət və digər tərkibli işləri də təqdim etdiyini açıqlayıb. Həmin işlərlə əlaqədar məhkəməyə isə xeyli sayda video və şahid ifadələrindən ibarət materiallar da təqdim edilib. EMK-nın məlumatında deyilir ki, təqdim olunmuş sənədlər və videoyazılışlar özündə 2008-ci ilin 1-2 mart hadisələrini ehtiva etdirir. Bununla yanaşı, təqdim olunan sənədlər sırasında İrəvanda Koçaryanın hakimiyyəti dövründə həyata keçirilmiş bir sıra qətllər, insanlara qarşı işlədilmiş zorakılıq və işgəncə halları və digər faktlar da var. 7 erməni ailəsi Türkiyədən sığınacaq istəyir Ermənistanda baş verən özbaşınalıqlar, qanunsuzluqların da həddi-hüdudu olmadığı məlumdur. Bunlardan daha biri Gümrü şəhərində baş verib. Belə ki, şəhərdəki evlərindən zorla çıxarılan 7 ailə artıq İrəvanın mərkəzində etiraz aksiyası keçirməyə başlayıb. Evlərinin geri verilməsini hakimiyyətdən tələb edən gümrülülər poçt binasından çıxarılmalarını qanuna zidd hal sayırlar və 1970-ci ildən bəri bu mənzillərin onlarda olduğunu bildirirlər. Qeyd edək ki, baş verən hadisə ilə bağlı yerli məhkəməyə müraciət edən 7 ailənin tələbi yerinə yetirilməyib. Məhkəmə onların qaldırdığı iddianı rədd edərək, onların problemlərini həll etməyib. İrəvanda aksiya keçirən erməni ailələri isə hakimiyyətdən tələb ediblər ki, onların haqlarını qorusun. Əks təqdirdə, qısa müddət ərzində sərhəddi pozaraq, oradan Türkiyəyə keçərək, siyasi sığınacaq istəyəcəklərini açıqlayıblar. «Biz sərhəddin pozulmasını qanunsuzluq hesab edirik. Amma başqa çıxış yolumuz da qalmayıb. Əgər belə davam edərsə, Türkiyə tərəfindən siyasi sığınacaq istəməli olacağıq».Alternativ parlament yaradılırErmənistanda hakimiyyətlə müxalifət arasında uçurum o dərəcədə dərinləşib ki, artıq alternativ parlametn yaradılması qərarı verilib. Şuşanın işğalında iştirak etmiş batalyonun komandiri, habelə “Sardarapat” hərəkatının rəhbəri Jarayr Sefilyanın verdiyi məlumata görə, alternativ Ermənistan parlamenti yaratmaq istəyirlər. “Hal hazırkı parlıament faktiki olaraq öz seçiciləri ilə maraqlanmır və onların maraqlarını qorumur. Məqsəd odur ki, alternativ parlament bu missiyanı həyata keçirsin. Bu parlament Erməni Milli Konqresinə alternativ olmayacaq. Çünki EMK-nın üzvləri bu yeni yığıncağın formalaşmasında iştirak edəcəklər”. Səfilyan onu da deyib ki, Ermənistan qanunvericiliyinə görə, alternativ parlament yaratmaq qadağan deyil. “Biz hakimiyyətdən tələb edirik ki, yeni yaradılacaq alternativ parlamentə hüquqi status versin”. Milli.Az
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu