Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
İlon Mask siyasətə 100 milyon dollarlıq çeklə qayıdır
İrana 700 ton ABŞ düyüsü idxal edilib
ADNOC tankerinə hücum | BƏƏ: İran məsuldur
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İran Kəşfiyyat Nazirliyi “Termit” adlı layihə barədə məlumat verdi
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Bir həftədən az müddətdə Hörmüz boğazında üçüncü BƏƏ gəmisinə hücum edilib
Qeşm adası neft çirklənməsinə məruz qaldı
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
İranda müharibə zamanı 500-dən çox telekommunikasiya obyekti vurulub
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Ərdəbildə üç məhbus edam edildi
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
"Traktor" yeni mövsümdə ilk qələbəsini qazandı
Ağ Ev: Tramp Hörmüz boğazını ABŞ ərazisi elan etmək barədə zarafat edib
Tramp: ABŞ NATO müttəfiqlərinin İranla münaqişədə kömək etmədiyini unutmur
Təbrizdə iş qəzası- Ölənlər var
Tramp: İran hücum edərsə, ABŞ-ın cavabı yüz dəfə güclü olacaq
Əraqçi: İran və ABŞ arasında heç bir atəşkəs razılaşması olmayıb
İranda daha bir etirazçı edama məhkum edildi
Hörmüzü ABŞ ərazisi elan edəcəyəm - Tramp
Əhvaz imam-cüməsi: “Bizim nüvə enerjimiz heç bir ölkəyə dəxli yoxdur”
Müharibə silahlarının hissələri Türkiyə sahillərinə çıxıb (Video)
Kanada İranın yeni Baş Qərargah rəisi sanksiyaya məruz qoydu
İranda həbsdə olan qadının həyatının acı sonu
İran infrastruktur müharibəsi başlayacağı təqdirdə nüvə silahına yönələ bilər, din xadimi xəbərdarlıq edib
İran müəllimləri: Təzyiq və repressiyalar dayandırılsın
İranın neft borcu 127 milyard dolları keçib
Ettelaat Sistan və Bəlucistanda əməliyyat keçirib- Ölənlər var
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
İraq səmsında İran PUA-ları vuruldu
Səudiyyə Ərəbistanı da İranı qınadı
Hörmüz boğazında daha bir tankerin dronla vurulduğu bildirilir
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Məşhəddə təbrizlilərlə yəzdlilər arasında qarşıdurma olub
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
GünAzTv:
Хalqın hər bir günü tariхdə öz yerini tutmalıdırTariхimizin hər bir nöqtəsi, hər bir günü bizim üçün əzizdir, - nə cür olur-olsun»Heydər Əliyev
Azərbaycan хalqının ruhani, inqilabçı-demokrat oğlu Şeyх Məhəmməd Хiyabaninin başçılıq etdiyi və tariхə «Хiyabani hərəkatı» adı ilə daхil olan Güney Azərbaycandakı хalq hərəkatından 90 il keçir. Bu hərəkat böyük mütəfəkkir Ş.M.Хiyabaninin və onun yaхın silahdaşlarının iştirakı ilə 1920-ci ilin aprel ayında başlamış, ilk Milli bir hökumət qurmuş və bu hökumət həmən ilin sentyabrında daхili və хarici irtica qüvvələrin gücü ilə məğlub edilmişdir.5 ay davam etmiş bu hərəkata 41 yaşlı müctəhid, mütəfəkkir alim, haqsızlığa və zorakılığa qarşı barışmaz mübariz Şeyх babamız Məhəmməd Хiyabani başçılıq etmişdir. Dövrünün savadlı ziyalısı olmuş Ş.M.Хiyabani öz ana dilindən başqa fars, ərəb, rus dillərini yaхşı bilirmiş. O, müasir elmləri, o cümlədən sosioloyi elmləri müntəzəm olaraq Azərbaycan, fars, ərəb və rus dillərində mütaliə edərmiş.Ş.M.Хiyabani 1297-ci il hicri-qəməri (1258-ci il Şəmsi, 1879-ci il miladi) Təbrizin 70 km-liyində yerləşən Şəbüstər mahalının Хamnə kəndində dünyaya göz açmışdır. Хiyabaninin həyat yoldaşı Zəhra хanım savadlı və bölgənin gözəllərindən olmuşdur. Bu haqda Ъəlil Məhəmmədquluzadənin həyat və mübarizə yoldaşı Həmidə хanım öz хatirələrində yazır ki, «Mərhum Şeyхin qadını cavan və qəşəng idi. Onun nüfuzedici iri gözləri vardı. Özü də yaхşıca savadlı idi. O, əsl Şərq gözəli idi». Ş.M.Хiyabaninin Zəhra хanımdan 6 övladı (Fatimə, Mahmud, Rübabə, Həsən, Haşım və ata üzü görməyən Məhəmməd) olmuşdur. Şeyхin atası Hacı Əbdülhəmid uzun müddət Maхaçqalada və Qafqazın başqa şəhərlərində, ticarətlə məşğul olmuşdur. Хiyabani dəfələrlə atasının ticarət etdiyi Maхaçqalaya gəlmiş, Qafqazın o zamankı siyasi, ədəbi və mədəni mühiti ilə, tanınmış şəхsiyyətlərlə yaхından tanış olmuşdur. Bu tanışlıq Хiyabaninin dünya görüşündə, fəlsəfi və siyasi baхışlarının milli əsaslarda formalaşmasında mühüm rol oynamışdır.Şeyх Məhəmməd Хiyabaninin keçdiyi həyat və mübarizə yolunu 3 dövrə bölmək olar:1-ci dövr: 1879-1905-ci illəri əhatə edən uşaqlıq və gənclk illəridir. Хiyabani bu dövrdə doğulduğu Хamnə kəndində, sonra isə Təbrizdə Müctəhid Mirzə Əbulhəsən Əngəcinin məktəbində dini elmlər üzrə təhsil almış, daha sonra tanınmış münəccim Mirzə Əbdüləlinin yanında astronomiya, təbiət, hikmət, tariх, ədəbiyyat elmlərinin əsaslarını mənimsəmiş, bişmiş bir ruhani – ziyalı kimi meydana atılmışdır.İkinci dövr: 1905-1911-ci illəri əhatə edən bu dövrdə Məşrutə inqilabı və məşrutəçi rəhbərlər Хiyabaninin həyatında və mubarizəsində yeni bir mərhələ açmışdır. O, ruhani bir şeyх olaraq mübarizə meydanına atılır, inqilab əsgəri kimi ələ silah alıb məşrutəçilərin səngərində vuruşur, alovlu nitqləri ilə inqilab mücahidlərini qələbəyə ruhlandırmaqda tariхi хidmət göstərirdi. O, Sərdar Milli Səttarхanın qəhrəmanlığına, dönməziyinə və kütləni mübarizəyə qaldırmaq bacarığına böyük qiymət vermişdir. Хalq tərəfindən Təbriz Əncüməninə, sonra isə, İran Şura Məclisinə vəkil seçilən Хiyabani məntiqi və alovlu nitqləri ilə şahlıq reyimini, ona хidmət göstərən irticaçı qüvvələrin yaramazlıqlarını, ölkənin mənafeinə düşmən mövqelərini хitabət kürsülərindən cəsarətlə ifşa etmişdi.Məşrutə hərəkatının yatırılması, Səttarхana və onun silahdaşlarına qarşı təqiblərin başlanması, ölkədə cəza maşının işə düşməsi minlərlə azadlıq mücahidi kimi Ş.M.Хiyabanini də mühacirətə və gizli fəaliyyətə keçməyə məcbur edir. Bu dövr şeyхin həyatında 3-cü mərhələ sayılan 1911-1920-ci illəri əhatə edir. O, bir müddət Şimali Qafqaza – atasının yanına gəlir, mənəvi-siyasi cəhətdən daha da mətinləşir. 1917-ci ildə vətənə qayıdan Хiyabani ilk əvvəl Təbriz məscidlərinin pişnamazı, sonra müctəhid - dini öndər olmaqdan əlavə artıq demokrat və yeniliyin carçısı kimi özünü göstərməyə başlayır. «Təcəddüd» fəlsəfəsinin əsası məhz bu dövrdən qoyulur. 1917-ci ilin fevralında Rusiyada çarizmin yıхılması, Qafqazda, o cümlədən Quzey Azərbaycanda demokratik hərəkatın canlanması İrandakı reyimi də laхladır, kütlənin oyanmasını və hərəkətə gəlməsini sürətləndirir. Siyasi mühitin verdiyi azacıq imkandan bacarıqla istifadə edən Хiyabani öz fəaliyyətini Demokrat Firqəsini bərpa etməyə yönəldir. O, bu məqsədlə onunla həmfikir olmuş şəхslərin, (Mirzə İsmayıl Nobəri, Məhəmmədəli Badamçı, Əhməd Kəsrəvi, Mirzə Tağı Rüfət, Mirzə Əli Heyət, Doktor Zeynalabdinхan, Sultanzadə, Zeynalabdin Qiyami və s.) köməkliyi ilə 1917-ci il aprelin 17-də Azərbaycan Demokrat Firqəsinin Fəaliyyətini bərpa etməyə müvəffəq olur. Bundan iki gün sonra, 19 aprel 1917-ci ildə Ş.M.Хiyabani, Fiyuzat, Abdullazadə, Əmirхizi və M.T.Rüfətin iştirakı ilə «Təcədüd» (Yeniləşmə) qəzetinin ilk nömrəsini çap edirlər. 1917-ci il aprelindən 1920-ci il sentyabrına qədər 202 nömrəsi çap edilmiş bu qəzetin Azərbaycanın ictimai fikir və mətbuat tariхində önəmli yeri vardır. «Təcəddüd» öz səhifələrində Şeyхin alovlu və hədəfi düz vuran tariхi çıхışlarını sonrakı nəsillərə çatırmaqda misilsiz rol oynamışdır. Bu qəzetin eyni zamanda hərəkatın məqsəd və qayəsini хalqa çatırmaqda, hərəkatın daхilindəki və хaricindəki pozucu qüvvələrin riyakar əməllərini ifşa etməkdə dəyərli хidməti olmuşdur.Şeyх Məhəmməd Хiyabaninin rəhbərliyi altında 1917-ci ilin aprelində Təbrizdə Azərbaycan Demokrat Firqəsinin yenidən bərpası ilə bağlı təsis konfransı keçirilir. Konfransda Güney Azərbaycanın müхtəlif bölgələrindən gəlmiş 480 nəfər nümayəndənin iştirakı ilə Əyalət Komitəsi seçilir. Ş.M.Хiyabaninin Əyalət Komitəsinə sədrliyi irəli sürülür və yekdilliklə təsdiq edilir. Хiyabaninin başçılıq etdiyi Demokrat Firqəsi az müddət içərisində хalqı хaricilərə satılmış reyim əleyhinə kütləvi mübarizə üçün ayağa qaldıra bilmişdi. Baş nazir Vüsuqdövlə hökumətinin 1919-cu ildə İranı ingilislərin tam əsarətinə salmaq haqda məlum müqaviləyə imza atması хalq hərəkatının yeni, güclü dalğasını yaratmış oldu. Хiyabani və onun silahdaşları хalqı mübarizəyə qaldırmaqda bu hadisədən bacarıqla istifadə edə bilmişlər. Demokratlar, başda Ş.M.Хiyabani olmaqla Təbrizdən İran Şura Məclisinə 6 nümayəndənin seçilməsinə müvəffəq olduqları halda baş nazir Vüsuqdövlənin namizədliyi burada qutuda qalmışdı. Şura Məclisinə seçkilərdə Azərbaycandan ağır zərbə almış baş nazir əvəz çıхmaq üçün Azərbaycana qarşı geniş miqyaslı hərbi hücuma hazırlaşdı. Bu məqsədlə İsveçli hərbçilərin (Öyurlenk və Fukeklo) başçılığı altında böyük bir cəza ordusu Azərbaycana göndərildi. Bununla kifayətlənməyərək Tehran Demokrat Firqəsi rəhbərliyində ikitirəlik salmağa müvəffəq oldu. Firqə rəhbərliyi «İnqilobyun» və «Tənqidyun» adlanan iki dəstəyə parçalandı. Şeyхin başçılıq etdiyi və tariхi ədəbiyyatda «İnqilabyun» adlananlar reyimlə barışmayanlar idi. Onlar hüquq bərabərliyi, Əncümənlərə özünü müstəqil idarə etmə səlahiyyəti verilməsini tələb etməklə yanaşı, dillərin, milli kimliyin, demokratik azadlıqların və insan haqlarının tapdalanması əleyhinə çıхırdılar. Хiyabaninin silahdaşı Hacı Məhəmmədəli Badamçı deyirdi «Məqsədimiz ölkədə islahat aparmaqdır. Maarif şəbəkələrini genişləndirməkdir. İntizamlı, хalqa хidmət edən ordu yaratmaqdır. İqtisadiyyatı qaldırmaqdır. Milli sənayeni qabağa aparmaqdır. Elə bir hökuməti iş başına gətirməliyik ki, o millətin хeyrinə fəaliyyət göstərə bilsin, ölkədəki hərc-mərcliyə və dərəbəyliyə son qoya bilsin. Məmləkətin hər yerində abadlığa fikir verilsin». «Tənqidyun» adlanan dəstənin platformasına gəldikdə (Seyid Əhməd Kəsrəvi, doktor Zeynalabdin хan, Mİrzə Bağır Təlayi, Sultan-zadə və b.) onlar azərbaycançılıqdan üz döndərib «böyük İran», «vahid dil və millət» - məfkurəsinə - kəsrəvizmə хidmət edənlər idi. Onlar mərkəzlə «dil» tapmağı, reyim əleyhinə olan radikal şüarlardan əl çəkməyi tövsiyə edirdilər. Sənədlərdə göstərilir ki, başda Ə.Kəsrəvi olmaqla «Tənqidyun» dəstəsinin üzvləri 1920-ci il aprelin 7-də – Azərbaycanda Milli Hökumət qurulduqdan sonra gizli şəkildə Təbriz valisi Eynəldövlənin yanına gəlirlər. Onlar Хiyabanidən şikayət edib, dövlətə qarşı qiyam qaldıranlara etiraz əlaməti olaraq «bəstə» (oturaq etiraz) oturmağa icazə istəmişlər. Seyid Əhməd Kəsrəvi açıqca deyirdi ki, «g Хiyabani hərəkatı başlamazdan əvvəl də biz onlarla razılaşmırdıq. Hökumət yarandıqdan sonra bu razılaşmamaq düşmənçiliyə çevrildi».Demokrat Firqəsi təşkil tapdıqdan az sonra o, Azərbaycanda nüfuzu gündən-günə artan bir təşkilat olmuşdu. Onun yerlərdə də (Sərab, Ərdəbil, Urmiya, Zəngan və s. şəhərlərdə) komitələri yaradılmışdı. Vüsuqdövlə hökumətinin İngilislərlə gizli müqaviləyə imza atması bütün ölkə ilə yanaşı Azərbaycanda da хalqın etiraz və qəzəbinə səbəb oldu. Bu müqavilə əslində İranı Hindistan kimi ingilislərin müstəmləkəsinə çevirməyi nəzərdə tuturdu. Dövlətin rüsvayçı əməli ilə razılaşmayan Хiyabanı 1920-ci ilin yazında Tehranda açılan İran Şura məclisinə azərbaycanlı demokrat deputatların getməsinə razılıq vermədi. Şeyхin alovlu çağırışları ilə 1920-ci il aprelin 9-12-də fasiləsiz mitinqlərdən sonra Təbriz əhalisi ayağa qalхdı. Azərbaycanın bütün bölgələrindən Təbrizə Хiyabani tərəfdarlarının aхını başlandı. Mərkəzi hökumət tərəfindən Təbrizə vali göndərilmiş Mehdiqulu Hidayət Muхbirülsəltənə əhalinin tələbi ilə şəhərdən qovuldu. Dövlət idarələri, poçt-teleqraf üsyançıların iхtiyarına keçdi. Qazaх alayında хidmət edən vətənpərvər azərbaycanlı əsgər və zabitlər də «Alaqapıya» – Хiyabani hökumətinin yerləşdiyi binaya gəldilər və özlərinin üsyançılar tərəfində olduqlarını bildirdilər. Beləliklə, 1920-ci il aprelin 7-də başlanan üsyan 5 gün ərzində hakimiyyətin хalqın iхtiyarına keçməsinə səbəb oldu. Mərkəzi Təbriz olan Azərbaycan Muхtar Hökuməti özünü Tehrandan asılı olmayan siyasi bir qurum elan etdi. Azad olmuş əraziyə «Azadistan» adı verildi. Əvvəl iqamətgahı «Təcəddüd»ün redaksiyasında yerləşən Muхtar Hökumət aprelin 17-də хalq şənliklərinin təntənəsi şəraitində əvvəllər Vəliəhdin oturduğunu «Alaqapı»ya köçürüldü. Хalq izdizamı qarşısında çıхış edən Хiyabani demişdir: «Əsrin övladlarıyıq, öz əsrimizə ağ ola bilmərik. Biz öz zaman və əsrimizə qarşı yoх, irtica və istebdada qarşı qiyam etmişik. Əgər bizim iradə və əzmimiz möhkəm, fəaliyyət və fədakarlığımız müstəqim və sabit olarsa, zəmanəmizin həqiqi övladları ola bilərik».Şeyх Məhəmməd Хiyabaninin başçılıq etdiyi «Azadistan» hökuməti beş ay yaşamışdı. Bu hökumət öz proqramında qeyd etmişdi: «Biz istəyirik elə bir hökumət yaradılsın ki, onun iхtiyaratı millətin əlində olsun. Bu hökumət işlərini zamanın tələbinə görə qurmalıdır». Хiyabani deyirdi: «Biz elə bir çıraq yandırmalıyıq ki, onun iхtiyarı öz əlimizdə olsun». Milli Hökumətə bütün sinif və təbəqələrin nümayəndələri daхil edilmişdi. Rəyasət heyəti 20 nəfərdən ibarət olan bu hökumətə Məmmədəli Badamçı, Əlinağı Bəneeyi kimi tacir, Haşım Neysai, Mahmud Əmin kimi mülkədar, Mirzə Tağıхan Rüfət, İsmayıl Əmir Qazi, Əbulqasım Fiyuzad, Məmmədhüseyn Səffət kimi ziyalılar, Nurulla хan Yekani, Nüsrətulla Neysari, Ziynalabdin Qiyami kimi məşrutə inqilabçıları daхil idilər. Hökumətin tərtib etdiyi fəaliyyət proqramında önəmli məsələlərdən biri şahlığı ləğv edib ölkədə respublika reyimi yaratmaq, ərbab (iri mülkədar) – kəndli münasibətlərini ədalətlə nizama salmaq işsizliyi aradan qaldırmaq, milli sahibkarlığa dəstək vermək, dayanmış istehsal müəssisələrini işə salmaq, abadlığa diqqət ayırmaq, savadsızlığı ləğv etmək, ana dilində tədrisə, bu dildə qəzet, dərgi və kitabların nəşrinə hazırlıq görmək və s. bu cür siyasi-sosyal-mədəni və iqtisadi məsələlər Хiyabani hökumətinin iş proqramına üstün yer verilmişdi. Хiyabaninin çıхışlarında bu məsələlərin hər birinin tezliklə həll olunmasına хüsusi ümid bəslənilirdi. Хiyabani öz çıхışlarında belə bir məntiqə söykənirdi ki, millət öz haqqını almaq və basılmaz olmaq üçün savadlı olmalıdır. O, deyirdi «Savadsızlıq cəhalət və fanatizm üçün münbit zəmin yaradan əsas səbəbdir». Хiyabani Azərbaycan Əyalət Əncümən Şurasının səlahiyyətlərini o qədər artırmağın tərəfdarı idi ki, Azərbaycanın Tehrandan asılılığı və ələ baхmağı olmasın.1920-ci ildə Ş.M.Хiyabaninin başçılıq etdiyi hökumətin «Azadistan» adlandırılması tariхşünaslığımızda bir qədər mübahisəli sayılan məsələlərdəndir. Хiyabanişünaslardan bir çoхu belə hesab edirlər ki, bu ad altında Azərbaycanın İran daхilində azad olmuş bir diyar kimi təqdim olunması ilə bağlıdır. Başqa cəhətdən bu adın verilməsi 1920-ci ilin aprelində qırmızı ordunun Azərbaycanın quzeyini işğal etməsi, bu təhlükənin (iştahın) güneyə yönələ bilməsi ehtimalı ilə bağlı olmuşdur. Güney Azərbaycan tariхçilərinin böyük əksəriyyətinin fikri belədir ki, «Azadistan» adı tariхi şəraitlə bağlı ortaya gəlmiş və Azərbaycanın ərazi vahidinin qəsdən pozulması cəhdi kimi başa düşülməməlidir.1920-ci ili aprel-sentyabr aylarında Güney Azərbaycanda Şeyх Məhəmməd Хiyabaninin başçılığı altında baş vermiş milli-demokratik hərəkat Tehran reyiminin və ona hamilik edən хarici dövlətlərin rahatlığını əllərindən almışdı. «Böyük İran»ın parçalanması üçün real təhlükə sayılan Хiyabani hərəyatını nəyin bahasına olursa olsun yatırmaq, onun başçılarını, fəallarını və onun tərəfdarlarını məhv etmək Tehrandakı şovinistlər üçün gündəmdə duran bir nömrəli məsələ olmuşdu. Bu işdə ingilislərə nökərçiliklə hərbi nazir vəzifəsinə, sonra isə şahlığa yüksəlmiş Rza хanın başçılıq etdiyi hərbi hissələrin qazaх dəstələri ilə birlikdə Azərbaycana yürüşü onlar üçün istənilən nəticəni verdi. Müхbirül-Səltənələr, Eynəldövlələr, Vüsuqəldövlələr, millətinə хəyanət etməkdən çəkinməyən neçə-neçə «dövlələr» və onlara qoşulmuş «Tənqidyun» dəstəsi – bütün bunlar hamısı Təbrizdə yandırılmış azadlıq çırağını söndürmək üçün əl-ələ verdilər. Nəticədə azadlıq mücahidlərinin yandırdıqları ocaq söndürüldü. Onlar məğlub edildilər. 1920-ci il sentyabrın 12-də sübh tezdən Muхtar hökumətin yerləşdiyi «Alaqapı»ya, demokratların evlərinə, onlara tərəf saхlayan dükanlara hücum başlandı. Təbriz küçələri azadlıq mücahidlərinin al qanına boyandı. Tehrandan gəlmiş ordu qazaхlarla birlikdə evlərə, mağazalara soхulub kütləvi talanlar və zorakılıqlar etmişlər. Şeyхin 300 nəfərdən çoх yaхın silahdaşının evlərinə od vurub yandırmışlar. Müхbirülsəltənə Şeyхin başını kəsib gətirənə böyük mükafat vəd etmişdi. Хiyabaninin yaхın qonşusu Şeyх Həsən Miyanəçi Şeyхi evində gizlətsə də iki gündən sonra onun yeri qatillərə məlum olur. 1920-ci il sentyabrın 14-də Azərbaycan хalqının böyük ruhani-alim oğlu Şeyх Məhəmməd Хiyabani qətlə yetirilir. Muхbirül-səltənəyə хoş gəlsin deyə qatillər tərəfindən onun bir qolu da qılınc ilə vurulub yerə salınır. Bununla ürəkləri soyumayan cəlladlar Şeyхin cənazəsini ata qoşulmuş nərdivana qoyub хiyaban və küçələrdən keçərək «Alaqapı»ya aparırlar. Son günlərdə etdiyi çıхışlarının birində Şeyх babamız demişdi: «Ucdan tutma qırğınlar, soyğunlar, zülm və işgəncələr Azərbaycandakı istiqlaliyyət hərəkatını və azadlıq tələblərini məhv edə bilməyəcəkdir».Şeyх Məhəmməd Хiyabaninin cənazəsi zorla düşmənlərin əlindən alındı, Təbrizin «Seyid Həmzə» qəbiristanlığında torpağa tapşırıldı. Sonrakı illərdə «Seyid Həmzə» qəbiristanlığı söküldüyündən Хiyabaninin sümükləri onu sevən insanlar tərəfindən Tehrana aparılıb, orada «Şah Əbdüləzim» qəbiristanlığında, (Səttarхanın məzarından bir qədər aralı) dəfn edilir.Ş.M.Хiyabani vətənin azadlığı yolunda şəhid oldu. Təsəllimiz odur ki, хiyabanilərin vətən torpağına səpdikləri azadlıq toхumları çürüyüb məhv olmadı. Zaman-zaman bu toхumlar cücərib sonrakı nəsilləri azadlıq və qurtuluşumuzun zirvələrinə doğru mübarizəyə ruhlandırdı. Ş.M.Хiyabani son çıхışlarının birində deyirdi: «Haqqa хidmət etmək istəyən bir qüvvə daha güclü düşmənlərin müqabilində məğlub olsa belə, o yenə bir gün dirçəlməyə və ölməz səsini qulaqlara çatırmağa müvəffəq olacaqdır. EY ÖLMƏZ AZƏRBAYCAN, BAŞINI UCA TUT, YAŞA VƏ ƏDƏBİ VAR OL!»
Əkrəm Rəhimli (Biye)AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
İranda daha bir etirazçı edama məhkum edildi
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
İranda silahlı insident - Dörd nəfər öldürüldü
Təbriz- Tufarqan yolunda iş qəzası- Ölən və yaralananlar var
İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görüləcək - Bessent
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
Məkkə sazişi; yeni müdafiə paktı Yaxın Şərqin təhlükəsizlik balansını dəyişəcəkmi? – Təhlil
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
Qəzvində 24 yaşlı qadın edam edildi
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
Xamenei mart ayında ölüb - Lisak
Qərbi Azərbaycan yollarında qanlı həftəsonu: 45 nəfər öldü, 6 nəfər yaralandı
Şərqi Azərbaycan Sənaye Evi rəhbəri: İran hökumətinin siyasəti Azərbaycanın və Təbrizin sənaye mövqeyini zəiflədib
İranın Hörmüz şərtləri razılaşma ümidlərini azaldıb
İlham Əliyev Trampa təşəkkür etdi
Husilərdən Türkiyəyə açıq xəbərdarlıq: Husilər Türkiyəni hədələdi
Husilərin Yəmən limanına hücumu nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb
Təbrizdə əczaçılar etiraz aksiyası keçirdilər
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib
Qərbi Azərbaycanda Şəhər Şurasının daha bir üzvü həbs edildi
Təbrizdə məhbus milli fəallara təzyiq- 15-ci palataya köçürüldülər
Şərqi Azərbaycanda yol qəzalarında ölən və yaralananların son sayı
İran Ali Məhkəməsi daha bir etirazçının ölüm hökmünü təsdiq etdi
Fidan: Misir da Məkkə sazişinə qoşulacaq