SON XƏBƏRLƏR

Rəsmi Tehranın yeni qətnaməyə münasibəti

2021.10.20, 07:36
Rəsmi Tehranın yeni qətnaməyə münasibəti

Gunaz.tv

GünAzTv: İrana qarşı yeni qadağaların tətbiq olunmasını nəzərdə tutan qətnamə layihəsi BMT Təhlükəsizlik Şurası tərəfindən səsverməyə çıxarılaraq qəbul edilib.

 İran isə bu qətnaməyə reaksiya verərkən nüvə proqramını dayandırmayacağını deyib. Prezident Mahmud Əhmədinejad sanksiyaları əhəmiyyətsiz adlandırıb və deyib ki, onlar "işlənmiş cib dəsmalı kimi zibil qabına atılacaq".

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki elçisi Əli Aşqar Soltaniyə qətnaməni "böyük səhv" adlandırıb:"Nyu-Yorkda baş verənlər yanlışlıqlar və düzgün hesablamamaların daha bir qaranlıq səhifəsi idi. Ümid edirəm ki, onlar öz səhvlərini tezliklə anlayacaqlar və onları aradan qaldıracaqlar. Mən onları danışıqlar masasına dəvət etdim, qarşıdurmanı əməkdaşlığa çevirməyə səslədim, amma belə görünür ki, onların bəziləri kardır, onlar səmimi müraciəti, xahişi və tövsiyəni dinləyə bilmirlər"- deyib cənab Soltaniyə.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar