SON XƏBƏRLƏR

Pentaqon Türkiyənin Şərqə meyllənməsində Avropa Birliyini günahlandırdı

2021.10.20, 07:36
Pentaqon Türkiyənin Şərqə meyllənməsində Avropa Birliyini günahlandırdı

Gunaz.tv

GünAzTv: Birləşmiş Ştatlar hesab edir ki, Türkiyənin  xarici siyasətdə Şərqə doğru yön almasına görə Avropa Birliyi cavabdehlik daşıyır.

GünAzTv mətbuat mərkəzinin “Bizim yol” qəzetinə istinadən yaydığı məlumata görə, Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts bu gün Londonda çıxış edərkən qeyd edib ki, Avropa Birliyi Türkiyənin tezliklə birliyə qəbulunda lənglik göstərir.

O bildirib ki, Vaşinqton və onun müttəfiqləri Qərblə Ankara arasındakı əlaqələrin möhkəmləndirilməsi yollarını fikirləşməlidir.Pentaqon rəhbəri həmçinin mayın 31-də Qəzzə sahilindəki insidentə görə Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsindən narahatlıq bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar