Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Ailəsi ilə düşmən əlinə düşən azərbaycanlı, Öldüyü güman edilən Hüseynağa Quliyev “Yeni Müsavat”a danışıb.
Qəzzaya humanitar yardım aparan insanların İsrail hərbçiləri tərəfindən girov götürülməsi daha bir mövzunu - erməni əsirliyində olmuş insanların taleyi məsələsini yenidən gündəmə gətirdi. Xəbər verdiyimiz kimi, məlum olay zamanı İsrail hərbçiləri tərəfindən girov götürülmüş iki soydaşımız 7 gün həbsxana şəraitində saxlanılıb. Onlara ailələri ilə telefon əlaqəsi saxlamağa belə imkan verilməyib. Bir sözlə, hər iki soydaşımız həbsxanada olduqları müddətdə mənəvi işgəncələrə məruz qalıb. Bu isə 1949-cu ildə qəbil edilmiş Cenevrə Konvensiyasının tələblərinə ziddir. Bu sənədə əsasən girov və əsir götürülmüş insanları şikəst etmək, onlarla qəddarcasına rəftar etmək yolverilməzdir.
Konvensiyanın tələblərinə görə, mülkü əhalinin girov götürülməsi də yasaqdır. Amma İsrail tərəfi bu beynəlxalq tələblərə məhəl qoymadı. Eynilə ermənilər kimi... Düşmən qonşularımız da Qarabağ müharibəsi başlayan gündən bəri yüzlərlə, minlərlə azərbaycanlını əsir və girov götürməklə, onlara qarşı hər cür vəhşilik və antiinsani əməllərə yol verməklə Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozublar.Qərara gəldik ki, mövzu aktuallaşmışkən vaxtilə erməni əsirliyində olmuş vətəndaşlarımızı danışdıraq. Girovluq, əsir düşmək necə bir şeydir Əsirlərlə necə rəftar edirlər kimi suallara onların dili ilə aydınlıq gətirək. Belə vətəndaşlarımızdan biri də Xocalı sakini Hüseynağa Quliyevdir. Hüseynağa bəy 1992-ci il, fevralın 26-da anası və əkiz uşaqları ilə birlikdə əsir düşüb və bir müddət əsirlikdə qalıb.H.Quliyevlə “28 May” metrosunun yaxınlığındakı Dəmiryol Xəstəxanasının həyətində görüşdük. Ora günorta namazını qılmağa gəlmişdi. İbadətini yekunlaşdırıb elə həyətdəki skamyada bizimlə söhbətə başladı. H.Quliyev erməni əsirliyində olarkən keçirdiyi işgəncə dolu məşəqqətli həyatından danışdıqca adamı vahimə basırdı, tüklərin ürpəşirdi. İnana bilmirdik ki, qarşımıda oturan bu insan belə inanılmaz zülm və işgəncələr görmüş, bu vəhşiliklərdən sağ qurtulmuş biridir.Söhbətə əsirliyə qədərki günlərdən söz açmaqla başladı: “1992-ci ildə Xocalının müdafiəsində iştirak edən və Tofiq Hüseynovun rəhbərlik etdiyi könüllülərdən ibarət 18-ci batalyonda döyüşürdüm. O zaman Aqil Quliyevlə Əlif Hacıyev Xocalı aeroportunu qoruyurdular. Ermənilər Xocalını tam mühasirəyə almışdılar. Qonşu rayonlarla əlaqəmiz kəsilmişdi. Yalnız hava yolu ilə gediş-gəliş vardı. O zaman vahid bir komandanlıq olmadığından özbaşınalıq, xaos hökm sürürdü. Mən evin yeganə oğlu idim. Halbuki həmin dönəmdə evin bir oğlunun cəbhəyə, döyüşə aparılmasına icazə yox idi. Ancaq təhsilimi yarıda qoyub könüllü olaraq batalyona yazıldım. Yaxşı döyüşdüyümdən məni post komandiri qoydular”.
“Özümü 200 metrlik qayadan dərəyə atdım və...”
Hüseynağa Quliyev sözünü Xocalı dəhşətinin yaşandığı o məşum günə gətirib söhbətinə belə davam edir: “İdmançı olduğum üçün hərbini sevirdim. O zaman Rəhim Qazıyev Şuşada idi. Gözləyirdik ki, tezliklə Xocalıya yol açılacaq. Amma yanıldıq. Fevralın 25-dən 26-na keçən gecə ermənilərlə 366-cı alayın əsgərləri üstümüzə hücum çəkdi. Qanlı döyüşlər başladı. Səs-küydən qulaq tutulurdu. Hamı çaş-baş qalmışdı. Qadın, qoca və uşaqların Xocalıda qalması vəziyyəti daha da ağırlaşdırdı. Mən döyüş üçün dağa qalxmışdım. Tərslikdən həmin gecə qar da yağmışdı. Yaşlı adamları və uşaqları şəhərdən çıxarmaq istədik. Amma mümkün olmadı. Düşmən ətraf kəndləri də nəzarətə götürmüşdü. Biz Naxcivanik kəndinə çatanda ermənilər dinc əhalini mühasirəyə aldı. Dedilər silahı yerə qoyun. Mən silahı yerə qoymadım və geri baxanda gördüm ki, arxada dərə var. Qar yağmışdı deyə heç nə görmədiyimdən özümü dərəyə atdım. Elə bilirdim ki, o qədər də dərin dərə olmaz. Amma yerdəki qarın çoxluğu hesabına sağ qaldım. Sən demə, özümü üstündən atdığım qayanın 200 metr hündürlüyü varmış. Həm də qaya dik deyil, maili olduğu üçün ölmədim. Yanımda Məhəmməd kişi var idi. Ona dedim çıxma, amma çıxan kim onu güllələdilər. Onun meyitini götürməyə getdim. Bu zaman ermənilər ”BMP"-dən mənə atəş açdılar. Yaralandım, yerə yıxıldım, qalxanda yenidən atəş acdılar. Huşum özümə gələndə artıq gec idi. Ermənilər məni Naxçıvanikin yaxınlığındakı donuz fermasına aparmışdılar".
“Ermənilər məni yanan ocağa da atdı”
H.Quliyev deyir ki, erməni əsirliyində elə ilk gündən olmazın müsibətlərlə üzləşib. Onu donuz fermasına aparan kimi vəhşicəsinə döyüblər: “Əynimdə ”OMON"-un forması var idi, hərçənd mən könüllü döyüşçü idim. Bir qədər sonra siqaret istədim, dedilər verəcəyik. Aradan bir saat keçdi. Mənə elə gəlib ki, bir saat keçib. Gözümü açanda isə artıq səhər idi. Deməli, məni necə döymüşdülərsə, bunu hiss etməmişdim. Ermənilər məni yanan ocağa da atmışdı. Bütün paltarlarım, əlim, ayaqlarım yanmışdı. İnsana bu qədər əzab vermək ağlasığmazdır. Yadıma salanda indi də üşənirəm. Əllərinə daş götürüb sifətimə çırpırdılar. Döyürdülər, buzun üstə qoyurdular, ayılanda bir də döyürdülər. İnsanın diri-diri sinəsini yarmaq, armaturu ağzından salıb boynundan çıxarmaq ermənilərdən ötrü adi işgəncə üsulu kimi gəlirdi. 26 gün əsirlikdə olmuşam. Amma bu, vacib deyil. Çünki bir gün əsirlikdə olmaq bir ömürə bərabərdir. Ağzıma silah salıb məcbur edirdilər ki, filankəsin adını de. Gün ərzində bir az su, bir də suxarı verirdilər. Ancaq işgəncədən sonra heç nə yemək istəmirsən. Ermənilər döyə-döyə çənəmi, burnumu, qabırğamı, ayaq barmaqlarımı sındırmışdılar. Sadəcə hərbçi olduğum üçün bunlara dözürdüm, məndən Xocalının icra başçısı Elman Məmmədovun və digər döyüşçülərin adını soruşanda demirdim".H.Quliyev bundan sonra daha dəhşətli işgəncələrə məruz qalıb: “Özümə gələndə yanımdakı əsirlər dedi ki, səndən 10 dəqiq əvvəl on azərbaycanlını aparıb başını kəsdilər. Ermənilər bizimkilərin qulağını, başını kəsib deyirdilər ki, bizə azərbaycanlı qurbanlar, qan lazımdır. Qayınatamın başına zərbə vurmuşdular. Cavan adlı 16 yaşlı qaynım necə oldu, onun taleyi hələ də məlum deyil. Sonra babamı da öldürdülər. Çingiz Mustafayevin çəkdiyi kadrlarda görünən yerdə uzanmış, başında papaq olan ağsaqqal, nurani kişi mənim babamdır. Ermənilər üçün yaşın fərqi yox idi. Kim gəldi döyüb öldürürdülər”.H.Quliyev deyir ki, əsirlikdə olduğu müddətdə iki azyaşlı əkiz körpəsini də girov götürüblər: “Dağ başında gülləbaran olanda onları götürə bilmədim. Uşaqları qoyub özümü dərəyə atdım. Mən heç vaxt sınan adam olmamışam. Əsirlikdə ermənilər yaxınlaşıb deyirdi ki, o uşaqlar bizim gələcək əsgərlərimiz olacaq və Azərbaycana qarşı döyüşəcək”.
“Məni Allahverdi Bağırov, əkizlərimi isə Ramil Usubov xilas etdi”
H.Quliyev deyir ki, əkiz körpələri əsirlikdən indiki daxili işlər naziri Ramil Usubovun sayəsində xilas olunublar: “Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar”.Həmsöhbətimiz əsirlikdən azad olunandan sonra uzun müddət müalicə alıb. O, deyir ki, davamlı müalicəyə baxmayaraq, səhhətindəki problemlər hələ də aradan qalxmayıb: “Ermənilər məni əsirlikdən buraxanda fikirləşdilər ki, onsuz da bir az gedib elə ayaq üstdə öləcəm. Çünki vəziyyətim həddən artıq ağır idi. Əvəzində Suriya ermənisini diri almaq istəyirdilər. Həmin kadrı rəhmətlik Çingiz Mustafayev çəkmişdi. 20 metr gedib yıxılmışdım. Məni götürüb Ağdamda meyitxanaya qoydular. Öldüyümü zənn edirmişlər. Dayım gəlib üzümə verilmiş mələfəni qaldıranda görüb ki, ölməmişəm, nəsə tərpənirəm. Yoxlayanda görüblər ki, sağam. Məni dərhal Bakıya, Neyrocərrahiyyə Xəstəxanasına gətiriblər. 18 il keçir o dəhşətli günlərdən, amma hələ də müalicə olunuram. Çünki ermənilər məni hər gün 4-5 dəfə armaturla döyürdü. Onun fəsadları hələ də qalır”....Beləliklə, göründüyü və bilindiyi kimi, düşmənə əsir və girov düşməkdən dəhşətli heç nə yoxdur. Allah bu qisməti heç kimə göstərməsin. Xüsusilə ermənilərə girov düşməyi...
MUSAVAT- Emil SALAMOĞLU, Məhəbbət ORUCOV
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu