SON XƏBƏRLƏR

İranda qadın jurnalist barəsində ağır məhkəmə hökmü çıxarılıb

2021.10.20, 07:36
İranda qadın jurnalist barəsində ağır məhkəmə hökmü çıxarılıb

Gunaz.tv

GünAzTv: İran İnqilab Məhkəməsi qadın jurnalistə bir il qəti həbs və 30 il müddətində jurnalistika fəaliyyətini dayandırmaq cəzası verib.

2009-cu il Beynəlxalq Qadın Mediaları Fondunun mükafatına layiq görülmüş jurnalist xanım Jila Bəni Yəqubun məhkəməsi İran İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçirilib.

"İlna" agentliyinin məlumatına görə, Bəni Yəqub "rejim əleyhinə təbliğat"da ittiham olunub.

Bəni Yəqub 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinə qarşı  aksiyalarda həbs olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar