SON XƏBƏRLƏR

Güney Azərbaycanda yoxsulların evini başına uçururlar

2021.10.20, 07:36
Güney Azərbaycanda yoxsulların evini başına uçururlar

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanda həmişə ziyalılar tərəqqi və inkişafa meyilli olublar. Elə bu səbəbə görə, Güney Azərbaycanın başkəndi Təbriz İranda birincilər şəhəri kimi şöhrət tapıb. Misal üçün, birinci dəfə çapxana, kitabxana, kino zal, məktəb və s. məhz burada yaradılmışdır. Amma təqribən 84 ilin ərzində İranda irqçi fars rejiminin hakim olduğu Güney Azərbaycanı çox faciəli duruma gətirib çıxarmışdı. Belə ki, Güney Azərbaycanın başkəndi Təbriz, əgər keçmişdə birincilər sırasında olsa da, hal - hazırda gerilikdə birincilər sırasında sayılır. Misal üçün, işsizlik, yoxsulluq, talağ, atmosferin korlanması, ekoloji problem və s. Təbrizi az qala çökdürüb. Xüsusən, son zamanlarda Təbrizdə yoxsul məhəllələrin sayı həddən artıq artmışdı. Belə ki, İran rejiminin verdiyi məlumata görə, Təbrizin kənarında yerləşən yoxsul məhəllələrdə 400 min insan çox faciəli durumda yaşayır. Və bu nöqteyi - nəzərdən Təbriz İranda birinci sayılır. Bu acı gerçekliklə bağlı dəfələrlə İran rejiminin yüksək vəzifəli dövlət adamları söz verirdilər ki, bu problemə çıxış yolu tapacaqlar. Xüsusən, Əhmədinijad Təbrizə son səfərində nitqini yoxsulların yaxşı gələcəyi vədi üzərində qurmuşdu. Nəhayət ki, bu vədələrə necə əməl olunması hamıya məlum oldu. Təbrizin meri şəhərin yoxsul məhəllələrində yaşayanları "əzazil, qansterq və iqtisadi su - istifadə edənlər" adlandırıb, polis nəzarəti ilə onların evlərin başlarına uçurmağa başlayıb.

2010 - cu il mayın 19 - da şəhərin meri (Bələdiyyə) 35 milyon tümən polis qüvvələrinin hesabına köçürməklə, onların yardımından istifadə edərək, bulduzer maşınları ilə Təbrizin Fəthabad məhəlləsinə hücüm edib və əhalinin evini başına uçurublar. İşin nəticəsində yaşlı, balaca, xəstə, zavallı uşaqlar naçarlıqdan evin xarabalığında yaşayışlarına davam edirlər. Şəhərin meri isə bu işi davam etdirmək, digər məhəllələri də alt - üst etmək fikrindədir.

Aşağıdakı şəkillər Fəthabad məhəlləsindən çəkilmişdir.

Azadtribun

 

 

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar