SON XƏBƏRLƏR

Hərbi Doktrinamız qəbul olundu

2021.10.20, 07:36
Hərbi Doktrinamız qəbul olundu

Gunaz.tv

GünAzTv: Sənəd Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin azad olunmasını silahlı qüvvələrimiz qarşısında əsas vəzifə kimi qoyur.

 

Milli Məclisin dünənki iclasında Azərbaycanın Hərbi Doktrinası qəbul edilib. 

Hərbi Doktrinanı təqdim edən Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bildirib ki, 75 bənddən ibarət sənəd Azərbaycanın təhlükəsizlik mühitini və milli maraqların həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şəraiti, proses və amilləri təhlil edir. Hərbi doktrinada Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri də yer alıb.

Millət vəkillərinin fikrincə, hərbi doktrinada işğal edilmiş ərazilərimizin bərpası Azərbaycanın əsas prinsipial məsələsi kimi qarşıya qoyulur.

Sənəddə Azərbaycan ərazilərində xarici hərbi bazaların yerləşdirilməsinə dair istisnalar nəzərdə tutulur. Qeyd olunur ki, milli maraqları tələb etdiyi halda, Azərbaycan belə bir səlahiyyəti özündə saxlayır. Bəzi deputatlar dost ölkələr və sıx əməkdaşlıq edilən beynəlxalq təşkilatların adının Hərbi Doktrinaya salınmasını təklif etdilər. Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bildirdi ki, Hərbi Doktrina sırf müdafiə xarakterlidir və sənəddə hər hansı müttəfiqin adını qeyd etməyə zərurət yoxdur. Müzakirələrdən sonra Hərbi doktrina qəbul edilib. itv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar