SON XƏBƏRLƏR

İranda daha 13 nəfər asıldı

2021.10.20, 07:36
İranda daha 13 nəfər asıldı

Gunaz.tv

GünAzTv: İyunun 8-də səhər saatlarında 13 İran vətəndaşı Tehran yaxınlığındakı Qızılhasar həbsxanasında asılaraq edam olunub. Tehran Ədliyyəsinin vəkili olan Məhəmməd Mustafa bu barədə RAHANA agentliyinin jurnalistinin sualını cavablandıraraq bildirib ki, bu 13 nəfər haqqında əfv ərizəsi verilmişdi, lakin əfv komissiyası bu ərizəni rəd edib. O həmçinin bildirib ki, edam olunanlarn əksəriyyəti birinci dəfədir ki, məhkum olunur.

GünAzTv mətbuat mərkəzinin “ARAZTM”-yə istinadən yaydığı məlumata görə, Edam hökmlərin çoxu Tehran İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi Həsəni tərəfindən verilib. Edam olunanların adları və onların məhkumluğu barədə heç bir əlavə məlumat verilməyib.

 

Qeyd edək ki, son bir ayda İranda 21 nəfər edam olunub. İki gün əvvəl İran hərbi məhkəməsi isə 5 nəfərin güllənərək oldürülməsi barədə qərar çıxarıb. Bu 5 nəfər terrorçuluqda ittiham olunur. İranda edamların artması hakimiyyətin daxili sabitliyi yaratmaq istiqamətində son cəhdi kimi dəyərləndirilə bilər. Belə ki, əhalinin narazı kəsiminin böyüməsi hakimiyyəti insanlar arasında qorxu hissi yaratmaqla sakitlik yaratmağa sövq edir. Belə güman edilir ki, edam və həbslərdən qorxan narazı orta təbəqə durumu sakitcə izləməyə məcbur olacaqdır. Eyni siyasət İnqilabın ilk illərində “İslam respublikası” yeni yaranan zaman da icra olunurdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar