SON XƏBƏRLƏR

Bakı ilə Ankara arasında razılaşdırılan qazın qiyməti məxfi saxlanılacaq

2021.10.20, 07:36
Bakı ilə Ankara arasında razılaşdırılan qazın qiyməti məxfi saxlanılacaq

Gunaz.tv

GünAzTv: Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Türkiyədə jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycanla Türkiyə arasında təbii qazın alqı-satqısına dair yeni müqavilənin müddəalarından biri razılaşdırılan qiymətin məxfi saxlanılmasıdır. Rövnəq Abdullayev dediyinə görə qiymət hər iki tərəfi qane edir. O, həmçinin qeyd edib ki, «Nabukko» layihəsinin reallaşdırılması üçün təkcə Azərbaycan qazı kifayət etməyəcək. «Nabukko» layihəsinə əsasən kəmər Avropaya ildə 30 milyard kubmetr qaz gətirməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar