SON XƏBƏRLƏR

Əhmədinejad xəbərdarlıq etdi

2021.10.20, 07:36
Əhmədinejad xəbərdarlıq etdi

Gunaz.tv

GünAzTv: İran prezidenti Mahmud Əhmədinejad deyib ki, ölkəsinə qarşı BMT sanksiyalarının tətbiqi təqdirində nüvə proqramı ilə bağlı danışıqlar aparılmayacaq.

Mahmud Əhmədinejad bu bəyanatını Türkiyədə keçən Asiya Təhlükəsizlik Sammiti tribunasından səsləndirib.

İran lideri deyib ki, nüvənin ölkə kənarında emalı üzrə Braziliya və Türkiyə ilə əldə olunmuş saziş “birdəfəlik” fürsətdir və pozulduğu təqdirdə təkrarən bağlanılmayacaq.

Beynəlxalq ictimaiyyətin narahatlıqlarının səngiməsini hədəfə alan saziş qərb ölkələri tərəfindən tanınmayıb.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Tehrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə qətnaməyə dair razılıq əldə olunub.

Qətnaməyə səsvermə mayın 9 təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar