SON XƏBƏRLƏR

Urmu zindanlarında saxlanılan məhbusların acınacaqlı durumu...

2021.10.20, 07:36
Urmu zindanlarında saxlanılan məhbusların acınacaqlı durumu...

Gunaz.tv

GünAzTv: Urmu şəhərinin millət vəkili bəyan edib ki, Urmu zindanlarında normadan iki dəfə çox məhbus saxlanılır. Buda müxtəlif problemlərə səbəb olur.

 

Nadir Qazipur bazar günü Məhkəmə Nazirliyinə etdiyi rəsmi müraciətdə, məhbusların acınacaqlı durumundan danışıb. O bəyan edeib ki, Məhbusların karidorlarda yatmaqlarının səbəbi araşdırılmalıdır.

 

Onun sözlərinə görə, zindanların tutumu məhduddur və onların konkret standardı var. zindanlarda məhbusların sayı təxminən iki dəfə normadan artıqdır. Buda yer, yemək və digər rifah imkanlarının çatışmamazlığına səbəb olur.

 

Qazipur əlavə edib ki, hər il məhbusların sayısına görə, zindanlara vəsait ayrılır. Məhbusların sayı artınca digər məhbusların yemək və imkanlarından azaldıb o biri məhbusları yaşatmaq lazım gəlir, buda həbsdə saxlanılan məhkumların haqqında zülmdür.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar