Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Ölkələr arasında münasibətlər əsl düşmənçiliyə çevrilir, müxalifət lideri isə hökumətin ikinci adamını “İsrailin vəkili” adlandırıb.
Qəzzaya yardım aparan gəmiyə basqına cavab olaraq Türkiyə İsraillə indiyədək imzalanmış ikitərəfli hərbi və iqtisadi müqavilələri birtərəfli qaydada ləğv etməyə hazırlaşır. Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının başqan yardımçısı Ömər Çəlik NTV-yə müsahibəsində deyib. Çəlik Türkiyənin İsrailə cavab olaraq hansı addımları atmağa hazırlaşdığı barədə suala cavab verərkən deyib ki, hərbi qarşıdurma istisnadır: “Hərbi qarşıdurma ssenariləri oyuncaq deyil. Bu cür şeylər barədə ümumiyyətlə danışmaq düzgün deyil. Bizim İsrailə başqa müstəvilərdə cavab verməyə kifayət qədər vasitələrimiz var. Bura Türkiyə ilə İsrail arasında yaxın perspektiv üçün hərbi anlaşmaların və digər müqavilələrin ləğv edilməsi də daxildir”.
AKP başqan yardımçısı onu da deyib ki, Türkiyə beynəlxalq hüquq çərçivəsində basqına görə məsuliyyət daşıyanların cəzalandırılması üçün mümkün olan hər şeyi edəcək.Hakim partiyanın başqan yardımçısının açıqlamalarına münasibət bildirən müdafiə naziri Vecdi Könül isə deyib ki, İsraillə imzalanmış hərbi müqavilələrin ləğv edilməsi üçün təlimatı Xarici İşlər Nazirliyi verməlidir: “Hələlik XİN-dən bizə belə təlimat gəlməyib”. Nazir bildirib ki, onsuz da İsraillə yaranan “One minute” qalmaqalından sonra bu ölkə ilə birgə hərbi təlimlərin hamısı təxirə salınıb. Xarici işlər naziri Əhməd Davudoğlu isə jurnalistlərə deyib ki, İsraillə hərbi müqavilələrin ləğv edilməsi qarşı tərəfin davranışlarından asılı olacaq. “Hərbi müqavilələrin ləğvi də daxil olmaqla İsrailə qarşı atıla biləcək mümkün addımlar baş nazirin rəhbərliyi ilə müzakirə olunub. Müxtəlif təkliflər səslənib. Biz bu məsələləri müzakirə etməkdə davam edirik. Hansı addımların atılacağı İsrailin davranışlarından asılı olacaq” deyə, bildirib.Türkiyə İsrailin “Mavi Mərmərə” gəmisinə basqınına cavab olaraq bu ölkə ilə bütün hərbi təlimləri ləğv edib. Lakin hərbi təlimlərdən əlavə iki ölkə arasında uzun illərdir davam edən ciddi hərbi əməkdaşlıq sahələri var idi. İsrail silah şirkətləri Türkiyədən milyardlarla dollarlıq sifarişlər alıb, döyüş təyyarələrinin modernləşdirilməsi, pilotsuz kəşfiyyat təyyarələrinin istehsalı, tankların modernləşdirilməsi kimi bir sıra irimiqyaslı müqavilələr bağlanıb. Həmçinin iqtisadi sahədə də iki ölkə arasında irihəcmli müqavilələr var. Lakin Türkiyə hökumətinin İsrailə qarşı əməli addımlar atmaqda bu dərəcədə irəli gedəcəyi hələ naməlumdur.Göründüyü kimi, AKP təmsilçisinə nisbətən hökumət rəsmiləri daha təmkinli reaksiyalar verirlər. Ana müxalifət partiyasının yeni başqanı Kamal Kılıcdaroğlu da hökumətin İsrailə qarşı davranışlarının kifayət qədər səmimi olmadığını hesab edir. Ötən həftə sonu Kılıcdaroğlu ilə baş nazir Ərdoğan arasında bu məsələdə polemika yaşanıb. CXP lideri baş nazirin İsrailə emosional reaksiyasını dəyərləndirərək bildirib ki, hökumət xarici siyasət məsələlərini daxili siyasətə alət edir. Əslində isə Ərdoğan “Mavi Mərmərə” gəmisi yola düşməzdən əvvəl İsraillə böhran yaranacağını bilirdi: “Qoy hökumət açıqlasın ki, gəmi yola düşməzdən əvvəl İsraillə hansı danışıqlar aparılıb? İsrail hansı xəbərdarlığı edib, buna necə cavab verilib? Bizim bütün bunları bilməyə haqqımız çatır. Xarici siyasətdə emosiyalara yer ola bilməz, təmkinli davranmaq, şahmat oyunundakı kimi ölçülüb-biçilmiş addımlar atmaq lazımdır”.Kılıcdaroğlu Ərdoğanın onu “İsrailin vəkili” adlandırmasına cavab olaraq deyib ki, əgər baş nazir vəkil axtarırsa sağına baxsın: “Orada İsrailin vəkili olaraq Bülənt Arıncı görəcək. Arınc Ərdoğana nisbətən daha təmkinli reaksiya göstərib, Fətullah Gülənin mövqeyini dəstəkləyib və deyib ki, İsraildən icazə almadan yardım aparmaq düzgün deyildi. Ərdoğan isə nə gəldi danışır, ötən həftə İsrailə ancaq müharibə elan etmədiyi qaldı”. Amerika mətbuatı isə yazır ki, Orta Şərqin iki ən uğurlu dövləti olan Türkiyə və İsrail bir vaxtlar yaxın müttəfiqlər idi. Lakin indi onlar qatı düşmənlərə çevrilir. Qərb təhlilçiləri qeyd edirlər ki, Türkiyə İran və Suriya kimi ölkələrlə münasibətlərini yaxşılaşdırıb və artıq İsraillə müttəfiqliyə ehtiyac görmür.İsrail isə gəmi basqınının BMT komissiyası tərəfindən müstəqil araşdırılması çağırışlarını rədd edib. Baş nazir Benyamin Netanyahu BMT Baş katibi Ban Ki Munla telefon danışığında deyib ki, İsrail əsgərlərinin davranışları haqlıdır və beynəlxalq araşdırmaya imkan verilməyəcək. Buna baxmayaraq, İsrail ordusunda da hökumətin bu mövqeyinə etirazlar baş qaldırır. “Jerusalem Post” qəzetinin xəbərinə görə, hərbi dəniz qüvvələrinin bir qrup yüksək rütbəli zabiti müdafiə naziri Ehud Baraka müraciət edərək gəmi basqınını araşdırmaq üçün müstəqil komissiyanın qurulmasına icazə verməyə çağırıb. İsrail zabitlərinə görə, əməliyyat hərbi və diplomatik baxımdan fəlakətlə nəticələnib. Gəmiyə müdaxilə qərarı əvvəldən yanlış olub və bu uğursuzluğa görə gəmiyə endirilən komandoslar yox, əmri verənlər cəzalandırılmalıdır. musavat
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu