SON XƏBƏRLƏR

Moskva-Tehran arasında gərginlik getdikcə dərinləşir

2021.10.20, 07:36
Moskva-Tehran arasında gərginlik getdikcə dərinləşir

Gunaz.tv

GünAzTv: Medvedev Tehrana qarşı sanksiyaların qüvvədə oldğunu bəyan etdi.

GünAzTv: Rusiya prezidenti Dmitri Medvedev bəyan edib ki, İrana qarşı nüvə sanksiyalarına dair razılıq mövcuddur. Rusiya lideri bu açıqlamaları Almaniya kansleri Angela Merkellə iki gün sürən danışıqlardan sonra verib.

Rusiya prezidenti Dmitri Medvedev İranın nüvə proqramı ilə əlaqədar sanksiyalar məsələsində beynəlxalq razılaşmanın mövcud olduğunu bəyan edib. Rusiya lideri bu açıqlamaları Almaniya kansleri Angela Merkellə iki gün sürən danışıqlardan sonra verib. Cənab Medvedev deyib ki, o, İran rəhbərliyinin beynəlxalq ictimaiyyətin səsini eşidəcəyinə ümid bəsləyir. Rusiya onun uzun zamandır ticarət partnyoru olan İrana qarşı sanksiyaların tətbiqinə meylli deyildi. Bir gün öncə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, BMT Təhlükəsizlik Şurası mübahisəli nüvə proqramına görə İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qətnamə layihəsi üzərində işi bitirməyə yaxındır. İran prezidenti Mahmud Əhmədinejadın parlament üzrə köməkçisi Məhəmmədrza Mir Tacəddini jurnalistlərə açıqlamasında Rusiya lideri Dmitri Medvedyevin Almaniyaya son səfərində İrana qarşı səsləndirdiyi sərt bəyanatını kəskin pisləyib. “Media forum” saytının məlumatına görə, Mir Tacəddini Rusiya prezidentinin bəyanatından heyrətləndiklərini vurğulayıb: “Medvedyevin İrana qarşı son bəyanatları inanılmazdır. Rusiya rəhbərlərinin belə mövqeləri öz ziyanlarına olacaq. Amerikalıların ardınca getmək onlara baha başa gələcək, dünya xalqları və ictimaiyyəti qarşısında məhkum olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar