SON XƏBƏRLƏR

İrandan təhlükəli addım gözlənilir

2021.10.20, 07:36
İrandan təhlükəli addım gözlənilir

Gunaz.tv

GünAzTv: İran Qırmızı Aypara Cəmiyyəti Qəzzaya iki yardım gəmisi göndərəcək. Bu barədə SİA, İRNA agentliyinə istinadən xəbər yayıb.

Cəmiyyət rəhbəri bu məqsədlə İrandan könüllülərin axtarışına başladıqlarını bildirib. Qurumun beynəlxalq əlaqələr üzrə direktoru Aldülrauf Abizade İran İnqilabı Keşikçilər Korpusundan yardım gəmilərini müşayiət etməyi tələb edib. Gəmilərin hərbi qüvvələr tərəfindən müşayiət olunması üçün isə Ayətullah Xomeneinin icazəsinin lazım olduğu bildirilir. Qida və digər malların olacağı gəmilərin bu həftə sonunda Qəzzada olması planlaşdırılır. Gəmilərin Qəzzaya göndərilmə qərarının hökumət tərəfindən, təşəbbüsün isə cəmiyyət tərəfindən verildiyi deyilir.

Qeyd edək ki, İran 2008-ci ildə də Qəzzaya yardım gəmisini göndərmək istəsədə, yardımın ünvana çatdırılmasına İsrail ordusu tərəfindən maneə yaradılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar