SON XƏBƏRLƏR

Qardaş ölkələr arasında qaz sazişi imzalandı

2021.10.20, 07:36
Qardaş ölkələr arasında qaz sazişi imzalandı

Gunaz.tv

GünAzTv: Azərbaycandan Türkiyəyə və Türkiyə üzərindən Avropaya təbii qazın satışı və daşınmasına dair razılıq əldə olundu. Türkiyə ilə Azərbaycan arasında bu gün saat 14:30-da qaz müqaviləsi imzalanıb. Bu barədə Lent.az “trt.net.tr” saytına istinadən xəbər yayıb.mərasimdə iki sənədə imza atılıb.

Bunlardan birisi Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Sənaye və Energetika Nazirliyi arasında təbii qazın satışı və daşınmasına dair deklarasiya, digəri isə Azərbaycandan Türkiyəyə və Türkiyə üzərindən Avropaya təbii qazın satışı və daşınmasına dair sazişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar