SON XƏBƏRLƏR

İranda narkotiklə bağlı 10 minlərlə kişi və qadın həbs olunub

2021.10.20, 07:36
İranda narkotiklə bağlı 10 minlərlə kişi və qadın həbs olunub

Gunaz.tv

GünAzTv: Mübarizəyə başladığımız 75 gün ərzində qaçaqmalçılıq və narkotikin satışı ilə məşğul olan 41 min 237 nəfər həbs edilib. Həbs edilənlərin 1237 nəfəri qadındır”. Bu sözləri İranın narkotiklərlə mübarizə idarəsinin rəisi Həmidrza Hüseynabadi deyib.

 

O bildirib ki, həbs edilən qadınlar əsasən narkotik qaçaqmalçılığı ilə məşğul olanlardır.

H. Hüseynabadi qeyd edib ki, narkotikin ölkədə yayılması qanunda olan bəzi boşluqlar və sakinlərin buna bəzən biganə münasibət bəsləmələrindən irəli gəlir: “Burada qiymət məsələsi də önəmlidir. Polis hər bir yerdə həm şəhər və həm də sərhəddə ciddi yoxlanışlar aparmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar