SON XƏBƏRLƏR

Soydaşlarımız Avstriyanın mərkəzində yürüş ediblər

2021.10.20, 07:36
Soydaşlarımız Avstriyanın mərkəzində yürüş ediblər

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin "Ans press"-ə istinadən yaydığı məlumata görə, Vyanada Qarabağ və Xocalıya dair şüarlar səsləndirilib.

 

Avstriyanın paytaxtı Vyanada “Türk günü” adlı yürüş keçrilib. Yürüş paytaxtın mərkəzi meydanında baş tutub. İki minə yaxın türk əllərində Türkiyə və Azərbaycan bayraqları ilə yürüş edib.Polis 5 kilometrlik yolu bağlayıb və yürüşə şərait yaradıb. Avstriya Mədəniyyət Dərnəyinin rəhbəri Orxan Çiftçi bildirib ki, Azərbaycan onların bu yürüşə dəvətini qəbul edib və bununla da sözdə bir deyil, əməldə də bir millət olduqlarını göstəriblər. “Hər zaman bir olaq!”, “Bərabər olaq!”, “Birikdə dirlik vardır!” şüarları səslənən aksiyada eyni zamanda “İsrail-Fələstinə blokadaya son qoy!” kimi, həmçinin Xocalı soyqırımı və Qarabağın işğalı ilə bağlı da şüarlar səsləndirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar