SON XƏBƏRLƏR

Sərdəri fəalları BƏYANAT yayıb: “Milli Hərəkatın səadət qatarı yola çıxıb, bu qatar ancaq son duraqda dayanacaq”

2021.10.20, 07:36
Sərdəri fəalları BƏYANAT yayıb: “Milli Hərəkatın səadət qatarı yola çıxıb, bu qatar ancaq son duraqda dayanacaq”

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Sərdəri şəhərinin milli fəalları son tutuqlamalar (22 may "milli qiyam" ərəfəsində tutulanlar nəzərdə tutulur) barədə bəyanat yayaraq, İran rejiminin bu əməlini məhkum ediblər.

 

Bəyanatın bir hissəsində deyilir ki, Azərbaycanın müxtəlif şəhərlərində şahid olduğumuz son tutuqlamalar (22 may ərəfəsi) bir daha İran Təhlükəsizlik Orqanları və İran Kəşfiyyat Nazirliyinin, Azərbaycanın milli hərəkatı qarşısında aciz olduqlarını göstərmiş oldu.

 

 İran rejiminin milli hərəkat qarşısında son seçənək kimi seçdiyi güc variantı, milli hərəkatın gündən günə gücləndiyi bir halda iflasa uğrayıb və milli hərəkat dönməz bir istiqamətdə hərəkət edir. Soydaşlarımızın “Traxtur” komandasına olan rəğbəti bu iddianın sübudutur.

 

Bəyanatda İran rejiminin “Urmu Gölü Yığıncağı”-da və “Traxtur” futbol komandasının  yarışmalarında etdiyi zorakılıqlara və soydaşlarımızın həbsinə də işarə olunub. Vurqulanıb ki, bütün bu zorakılıqlar və təhdidlər Azərbaycan Milli Hərəkatında öz yerini cəsarət və dönməzliyə verib.

 

Sonda Sərdəri milli fəalları qanunsuz şəkildə son tutuqlamaları qınayaraq, həbsə alınan soydaşlarımızın qeyd şərtsiz azadlığını tələb edib və onların cismi-psixoloji sağlamlıqlarının məsuliyyətinin, Təhlükəsizlik və Məhkəmə orqanlarının üzərində olduğunu vurqulayıblar.

 

Bəyanat yayan soydaşlarımız milli hərəkata “Milli Hərəkatın səadət qatarı yola çıxıb, bu qatar ancaq son duraqda dayanacaq” cümləsi ilə xeyir-dua veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar