SON XƏBƏRLƏR

Son tutulanlar haqqında müvəqqəti həbs hökmü çıxarılıb

2021.10.20, 07:36
Son tutulanlar haqqında müvəqqəti həbs hökmü çıxarılıb

Gunaz.tv

GünAzTv: Son tutuqlama dalğasında (22 may ərəfəsində)  yaxalanan milli-mədəni fəalların müvəqqəti həbsi barədə hökm çıxarılıb.

 

GünAzTv mətbuat mərkəzinin “Aydın Xocalı” Veblaqına istinadən yaydığı məlumata görə, müstəntiq Haşimzadə milli fəallar o cümlədən Aydın Xacei haqqında iki aylıq müvəqqəti həbs hökmü çıxarıb. O bu qərarın uzadılması ehtimalının olduğunuda bildirib.

 

Həbsdə saxlanılan milli fəallar, həbs dövrünün üçüncü həftəsinə keçiblər. məhbuslar hələdə vəkil tutma hüququndan məhrumdurlar və onların ailələri İranın Tühlükəsizlik Orqanları tərəfindən müxtəlif formalarda təhdid olunur.

 

Məlumata görə, məhbus milli-mədəni fəallar inzibati qaydanı pozmaq bəhanəsi ilə hamısı birlikdə, Təcridxana məmurları tərəfindən şiddətli şəkildə döyülüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar