SON XƏBƏRLƏR

Şok iddia: Ərdoğan yardım gəmisi ilə Qəzzaya getməyə hazırlaşır

2021.10.20, 07:36
Şok iddia: Ərdoğan yardım gəmisi ilə Qəzzaya getməyə hazırlaşır

Gunaz.tv

GünAzTv: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yardım gəmilərindən biri ilə Qəzzaya getməyə hazırlaşır. Bu şok xəbəri Livanın “El-Müstakbel” qəzeti yayıb.

Qəzet etibarlı qynaqlara istinadən yazıb ki, Ərdoğan Qəzzaya getməyə çoxdan hazırlaşırdı. İsrailin yardım gəmilərinə hücumu ilə yaranan böhranlı vəziyyətdə sonra isə Türkiyənin baş naziri Qəzza blokadasını təkbaşına yarmaq qərarına gəlib.

Qəzetin iddiasına görə, Ərdoğan bu barədə ABŞ  (Amerika Birləşmiş Ştatları) rəhbərliyini də məlumatlandırıb. Amma Vaşinqtondakılar Ərdoğandan yaranmış gərgin vəziyyət aradan qaldırılana qədər bu səfərini təxirə salmağı xahiş ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar