SON XƏBƏRLƏR

İsraildə saxlanılan Azərbaycan vətəndaşları vətənə dönüblər

2021.10.20, 07:36
İsraildə saxlanılan Azərbaycan vətəndaşları vətənə dönüblər

Gunaz.tv

GünAzTv: Jurnalistlərə açıqlama verən Məhərrəm Orucov gəmlərində hər hansı silah və silahlı şəxs olmadığını bildirib.

Fələstinin Qəzza zolağına humanitar yardım aparan «Azadlıq donanması»-dakı gəmilərdən birində olan və İsrail hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşları Qaraoğlan Quliyev və Məhərrəm Orucov bu gün Vətənə dönüblər. Hava limanında jurnalistlərə açıqlama verən Məhərrəm Orucov gəmlərində hər hansı silah və silahlı şəxs olmadığını bildirib. İsrail hərbçiləri tərəfindən əvvəlcə Aşdot, oradan isə Tel-Əvivə gətirilən Məhərrəm Orucov normal şəraitdə saxlanıldıqlarını deyib.Xatırladaq ki, İsrail Qəzzaya yardım aparan Reyçel Korri gəmisinin heyət üzvlərini  deportasiya edir. Bununla bağlı açıqlamasında İsrailin baş naziri yenidən Türkiyənin ünvanına  iddialar səsləndirib. BMT isə Mavi Mərmərə gəmisində baş verənlərin araşdırılması  üçün xüsusi komissiya yaradır. Dünya ölkələri ilə yanaşı İsrailin addımlarına etiraz aksiyaları Təl-Əvivdə də keçirilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar