SON XƏBƏRLƏR

Şamaxıda Türk əsgərinin şərəfinə abidə qoyuldu

2021.10.20, 07:36
Şamaxıda Türk əsgərinin şərəfinə abidə qoyuldu

Gunaz.tv

GünAzTv: Bu gün Şamaxıda türk əsgərinin şərəfinə qoyulmuş abidənin açılış mərasimi keçirilib. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirə Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç, səfirliyin nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, media təmsilçiləri qatılıb. Hülusi Kılıc «Tənha Məzar» abidəsinin qırmızı lentini kəsib, açılış edib. Abidənin üzərinə Bəxtiyar Vahabzadınin «Tənha Məzar» şeiri həkk edilib.

Daha sonra ərazidə yeni salınmış meşədə - Azərbaycan-Türkiyə Xatirə Meşəsində səfirin və səfirlik əməkdaşlarının ağacəkmə kampaniyası həyata keçirilib. Hülusi Kılıc, onun həyat yoldakı tərk əsgərinin məzar önündə acağ əkiblər.

Səfir jurnalistlərə açıqlamasında bu ərazinin müqəddəs bir yer olduğunu deyib. O, xatirə kompleksinin Azərbaycan türklərini qətlə yetirən ermənilərin qarşısının alınmaq üçün yardıma gələn Qafqaz İslam Ordusunun bu bölgədə şəhid olan qəhrəman türk zabitinin xatirəsinə hörmət olaraq 19 may 2000-ci ildə qoyulduğunu qeyd edib: “Azərbaycan-Türkiyə Xatirə Meşəsinin salınmasında ölkə prezidentindən və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dəstək aldıq”. Səfir, həmçinin Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində önəmli addımların atıldığını da vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar